PROJECTS
“Milli – mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilarçılığı ilə “Milli–mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov iştirak etmişdir. İlk öncə tədbirdə DQİDK sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxladığını, Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durduğunu və Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcəyini bildirib. Daha sonra Gənclər fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib. O, bütün münaqişələrin kökündə mənəvi dəyərlərin təbliği işinin düzgün aparılmaması durduğunu, ulu öndər Heydər Əliyev mənəvi dəyərlərin təbliği və təşviqi sahəsində mühüm siyasət yürütdüyü və bu siyasət bu gün də prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini də qeyd edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli milli-mənəvi dəyərlərin təbliğində gənclərin potensialından istifadənin əhəmiyyətinə toxunub və bu sahədə gənclər təşkilatlarını fəal olmağa çağırıb. ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov qeyd edib ki, hal-hazırki dövrdə milli-mənəvi dəyərlərin fonunda dünyada globallaşma prosesi davam edir və Azərbaycan xalqının formalaşmasında da onun rolu böyükdür. O, gənclər təşkilatlarının informasiya və kommunikasiya texnologiyaları vasitəsiylə milli-mənəvi dəyərlərin təbliğini etməli olduqlarını və informasiya texnologiyaların sürətli inkişafı müsbət dəyişikliklərə səbəb olacağını, milli-mənəvi dəyərlərin sosial şəbəkələr vasitəsiylə daha çox yayılmasını təmin edəcəyini bildirib.
Read More >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin 27 sentyabr təxribatı ilə bağlı bəyanatı
Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Allahdan həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik! Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Şanlı ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı, Nüzgər və Aşağı Əbdurrəhmanlı kəndləri işğaldan azad edilib. Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Ölkənin Tələbə Gənclər Təşkilatlarını və yüzminlərlə gəncini ətrafında birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq, cəbhəboyu baş verən döyüşlərlə bağlı aşağıdakıları bəyan edirik: 1. Ermənistan hökuməti təcavüzkar siyasətini davam etdirərək, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədilə təxribatlar törədir. Bu təxribatları Azərbaycanın ərazi bütövlüyünə yeni təhdid kimi qiymətləndirir və sərt şəkildə qınayırıq, 2. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. 3. Cəbhədə rəşadətlə müqəddəs torpaqlarımızı müdafiə edən, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda doyüşən ordumuzla fəxr edirik və onlarla həmrəylik ifadə edirik, 4. Ölkəmizə qarşı 30 ilə yaxındır davam edən işğalın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə sosial şəbəkələrdə fəal olmağa və #StopArmenianAggression #KarabakhisAzerbaijan həştəqləri ilə paylaşımlar etməyə dəvət edirik, 5. Bu həssas məqamda xalqımızı yalnız rəsmi mənbələrə istinad etməyə və hərbi məlumatlar, foto və videoları sosial şəbəkələrdə paylaşmamağa çağırırıq. Gənclərimiz daima dövlətimizin yanında sıx olduğunu bir daha nümayiş etdirməyə hazırdır və cənab Ali Baş komandanın əmrinə müştaqdır. Tanrı şanlı ordumuzu qorusun!
Read More >
TGT-lərdə bu həftə! - 25.11.2018
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatı və AӘSMA TGT İntellektual Oyunlar klubunun təşәbbüsü ilə "Nə?,Harada?,Nə zaman?" İntellektual oyunu keçirilib. Bakı Slavyan Universitetində BSU TGT-nin təşəbbüsü ilə Tolerantlıq gününə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Türkiyə, Çexiya, Polşa, Rusiya, Yunanıstan, Ukrayna, Belarus, Bolqarıstan ölkələrin atrebutları və həmin ölkələrə məxsus milli geyimlər tələbələr tərəfindən nümayiş etdirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində "Breyn-Rinq" keçirilib. 1-ci yerin sahibi Kulturologiya fakültəsindən "Aristokratlar " komandası olub. Bakı Dövlət Universitetində Debat Klubu tərəfindən “Bərk məişət tullantıları yenidən emal olunmalıdır" mövzusunda keçirilən 35-ci daxili turnirinin qalibləri məlum olub. Final oyunu nəticəsində Azərbaycan bölməsi üzrə "Come back" komandası çıxıb. Həmçinin, Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. Keçirilən növbəti yarış Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ölkələr intellektual yarışı olub. Ümumilikdə 25 komandanın iştirak etdiyi yarışda “Olimpus” komandası qalib gəlib. Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu təşkil olunub. UNEC İqtisadiyyat fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin istedadlı tələbələri maraqlı proqramla çıxış etdilər. Çıxışlar tələbələr tərəfindən alqışla qarşılandı. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 noyabr Ümumdünya Uşaq Hüquqları günü münasibəti ilə "Uşaq və Kitab" mövzusunda Kollecin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatlı yazıçı, şair Elxan Elatlı ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Ədəbiyyat klubu”nun təşkilatçılığı ilə Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirə həsr olunmuş “Sabir gecəsi” adlı tədbir keçirilib. Həmçinin, Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatı nəzdində olan "İqtisadiyyat klubu" tərəfindən Milli Dirçəliş gününə həsr edilmiş “İqtisadiyyat gecəsi” adlı müsabiqə keçirilib. Yarışın qalibi İqtisad Universitetinin “Six pistols” komandası olub. Sumqayıt Dövlət Universitetində 17 Noyabr Milli Dircəliş Gününə həsr olunmuş ağacəkmə aksiyası olub. Həmçinin, Universitetdə debat təlimi keçirilib. Bakı Avrasiya Universiteti Avrasiya Liderlik Akademiyası II təşkil olunub. Bu Akademiya ilk dəfə 2014-cü ildə noyabr ayında keçirilib. Akademiyada keçirilən təlimlərin mövzuları bunlardır: İdarəetmə və təşkilatlanma, nitq və natiqlik, biznes idarə edilməsi, kütlə psixologiyası, gənc diplomatlar. Bakı Humanitar Kollecində Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə Azərbaycan Tələbə Endirim kartının təqdimatı keçirilib. Təqdimatda Azərbacan Tələbə Gənclər Təşkilatları İttifaqının informasiya-texnologiyalar ATK departementinin rəhbəri Xanım Paşayeva, Bakı Humanitar Kollecinin direktor muavini Rasim Rzaxanov və Gənclər təşkilatinın sədri Şəfiqə Hənifəyeva tələbələrin suallarını cavablandırıblar. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyəli rejissor və aktyorlarla tələbələrin görüşü keçirilib. Tələbələrin suallarını cavablandırıb,onlarla dəyərli zaman keçirən Türkiyə simaları Azərbaycanda olmaqdan mənmunluq hissi keçirdiyini də bildiriblər. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirilməsi məqsədini daşıyır. Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələrin Azərbaycan Xalq Cumhuriyyəti muzeyinə ekskursiyası təşkil olunub. Mühəndislik fakültəsinin melorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının birinci kurs tələbələri muzeydə “Azərbaycan Xalq Cumhuriyyəti” adlı mühazirə dinləyib, eksponatlarla tanış olub, canlı tarixin izləyicilərinə çevrilib. GDU Tələbələri arasında paintball müsabiqəsi keçirilib. Naxçıvan Dövlət Universitetində Naxçıvan MR Ali Məhkəməsi ilə birgə "Hüquq günləri" layihəsinin açılış tədbiri olub. Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatının aktivistləri Qadın-uşaq sığınacağı və Uşaq sığınacağını ziyarət ediblər.
Read More >
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb. Müraciətdə komitə Avropada yaşayan həmvətənlilərimizə çağırış edərək, “ÜMUMAVROPA QARABAĞ MİTİNQ”-ində iştirak etməyin vacibliyindən bəhs etməklə, mitinqin əhəmiyyətini xüsusi vurğulamışdır. Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciətini olduğu kimi sizə təqdim edirik: Əziz həmvətənlər, dəyərli soydaşlar! Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və bərabərlik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim fəallıq göstərərək Azərbaycanı narahat edən problemlərə biganə qalmayıblar. Hər birimizə məlum olduğu kimi, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevral tarixində yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!” “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər. Əziz soydaşlarımız, Sizləri mitinqdə fəal olmağa, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak etməyə çağırırıq. Dəyərli həmvətənlərimiz, bu həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur. QEYD: Mitinqin təşkil ediləcəyi məkan haqqında ətraflı məlumatı buradan əldə bilərsiniz.
Read More >
Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib
30 may 2019-cu il tarixində ADPU Şamaxı filialında ATGTİ sədri və katiblik nümayəndələrinin iştirakı ilə Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib. Təhsil aldıqları müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdikləri uğurlu fəaliyyətə görə 100 nəfər TGT fəalı diplomla mükafatlandırılıb. Bununla yanaşı onların problem və qayğıları dinlənilib, bəzi problemləri yerindəcə həll olunub. Daha sonra TGT sədrlərinin bir-birini yaxından tanıması, TGT sədrləri və İttifaq nümayəndələri arasında səmimi əlaqələrin yaranması məqəsədilə sədrlər birgə nahar edib.
Read More >
“XII Liderlik Məktəbi”nin 2-ci günü uğurla baş tutub
Read More >
Tələbə Gənclər Təşkilatlarının "Aprel Zəfəri" ilə bağlı keçirdiyi silsiləvi tədbir və səfərlər yekunlaşıb
Tələbə Gənclər Təşkilatları Aprel döyüşləri ilə bağlı silsiləvi tədbirlər keçirib. Dördgünlük müharibə adı ilə də tanınan Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüşlərdən olub. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən bu döyüş sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub. Bununla da Azərbaycan Respublikasının bəzi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bu danılmaz qələbəsi keçirilən tədbir və edilən səfərlərdə bir daha vurğulanıb. Belə ki, Qərbi Kaspi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecində Aprel döyüşləri ilə bağlı tamaşa tipli tədbirlər keçirilib. Bu tədbirlərin keçirilməsi ilə Aprel şəhidləri yad edilmiş və həmin təhsil müəssisələrində təhsil alan gənclərə Qarabağ həqiqətləri, həmçinin, Aprel zəfəri bir daha xatırlanmış olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə əcnəbi tələbələrlə birgə Aprel şəhidlərinə həsr edilmiş filmə baxış keçirilib. Bu film, əcnəbi tələbələr tərəfindən böyük marağa səbəb olub və əcnəbi tələbələr tərəfindən həssaslıqla qarşılanıb. Bakı Mühəndislik Universitetinin Tələbə Gənclər Təşkilatı kollektivi Sumqayıt şəhərindəki şəhid ailələrini ziyarət edib. TGT kollektivi şəhid ailələrinə edilmiş ziyarətlə xalqımızın, xüsusən də Azərbaycan gəncliyinin şəhid ailələrinə olan diqqət və qayğısını bariz nümayiş etdirib. Aprel Şəhidlərinin Əziz Xatirəsini yad etmək məqsədilə ADPU Şamaxı Filialının Tələbə Gənclər Təşkilatının bir qrup fəal gənci də şəhidlər - Kaçayev Samir Ziyəddin oğlu Səmədov Elşən Səlim oğlu Zəkərayev Nazim Nadir oğlu-nun məzarlarını ziyarət edib. Onlar şəhidlərimizin göstərdikləri şücaətlərdən söz açaraq, "Vətən" məfhumun ucalığından bəhs edib. Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri isə Aprel döyüşləri və 31 mart soyqırımı ilə bağlı olaraq "Quba Soyqırımı Memorial Kompleksi"nə səfər edib.
Read More >
1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib
1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib. Belə ki, bir uşaq 1 günlük Bakı Avrasiya Universiteti Tələbə Gənlər Təşkilatının Sədri təyin edilib. 1 günlük sədr təyin edilən balaca Gülay universitetin rektoru, prorektorları, dekanları və müəllimləri ilə görüşüb. Sonda BAAU TGT fəalları ilə görüşən Gülay TGT-nin fəaliyyəti və iş planı ilə yaxından tanış olub.
Read More >
«Show Your Dance 2019» rəqs müsabiqəsi keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Show Your Dance 2019" adlı rəqs müsabiqəsi keçirilib. İdman Akademiyasın 3-cü kurs tələbəsi Murad Süleymanlının layihə rəhbəri olduğu müsabiqə artıq 3-cü dəfədir ki, keçirilir. Müsabiqədə 7 ali təhsil müəssisəsinin rəqs komandası iştirak edib və hər müəssisədən 1 komanda öz rəqslərini nümayiş etdirib. Rəqs müsabiqəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası "İncilər", Azərbaycan Dövlət Pedaqoji Universiteti "Xarici", Bakı Ali Neft Məktəbi "Ləzginka", Milli Aviasiya Akademiyası "Arşın Mal Alan", Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli", Azərbaycam Tibb Universiteti "Uzundərə", Azərbaycan Turizm və Menecment Universiteti isə "Tango" rəqsləri ilə çıxış edib. Sonda münsif səsləri toplanaraq 110 balla Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli" rəqsi ilə qalib olub. Məlumat üçün bildirək ki, gələn il keçirilməsi nəzərdə tutulan "Show Your Dance 2020" Rəqs Müsabiqəsi qalib komandanın təmsil olunduğu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq.
Read More >
“XII Liderlik Məktəbi”nin 4-cü günü başa çatıb
Read More >