TƏDBİRLƏR
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "BMT-i Öyrənərək Kəşf Et!" adlı layihəyə start veril...
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının İttifaqının təşkilatçılığı ilə "BMT-i Öyrənərək Kəşf Et!" adlı layihəyə start verilir. Beynəlxalq münasibətlərə, siyasi sistemə və BMT-in fəaliyyətinə xüsusi marağı olan gənclər üçün BMT kimi universal bir təşkilatın nümayəndələri ilə görüşmək şansı qazandırılır. ATGTİ tələbə-gəncləri universal təşkilat olan Birləşmiş Millətlər Təşkilatı üzrə gənc mütəxəssis olmağa dəvət edir. Layihəyə iştirakçı olaraq qoşulmaq üçün ilk növbədə müraciət formasınını doldurmaq vacibdir. Uyğun kriteriyalara cavab verən tələbə-gənclər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla keçən tələbələr layihədə iştirak etmək şansı əldə edəcəklər. Layihəyə maksimum 40 iştirakçı seçiləcək. Layihə bitdikdən sonra verilən məlumatlara əsasən imtahan təşkil olunacaq. İmtahanı müvəfəqiyyətlə verən tələbələr xüsusi mükafatlarla təltif olunacaqlar. (Misal: Layihəyə tərəfdaş olan qurumlarda təcrübə keçmək imkanı və digər xüsusi fürsətlər) QEYD: Layihəyə iştirakçı olaraq seçilmək üçün Azərbaycan və İngilis dillərini bilmək şərtdir. Seçim prosesində dil biliklərinə üstünlük veriləcək. Son müraciət tarixi: 13 Dekabr. Qeydiyyatdan burada keçə bilərsiniz.
Ətraflı >
Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı ilə İntellektual Oyunlar Klubunun birgə təşkilatçı...
Məktəblilərlə görüş zamanı Baki Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı sədri Kənan Sadıqov Baki Ali Neft Məktəbi və onun fəaliyyəti haqqında şagirdləri məlumatlandırıb. Görüş zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər dinlənilib. Daha sonra Məktəblilər arasında 30 sualdan ibarət 2 hissəli intellektual oyun baş tutub. Suallar şagirdlərin dünyagörüşü, bilik və bacarıqlarını artırmaq məqsədilə (Azərbaycan dili və ədəbiyyatı, coğrafiyası və mədəniyyəti və s.) mövzularında tərtib olunub. İştirakçı 12 komandanın adı işğalda olan rayonların adlarına uyğun şəkildə adlandırılıb. Bayram ab-havasında uşaqların həvəslə iştirak etdiyi intellektual oyunun ikinci hissəsində interaktiv oyun ("Səssiz Sinema") baş tutub. Daha sonra hər iki oyun üçün ballar hesablanaraq nəticələr açıqlanıb. Qalib komandalar (1, 2 və 3-cü yer) kubok, medal və xüsusi hədiyyələrlə təltif olunub. Bununla yanaşı, bütün məktəblilərə TGT aktivləri tərəfindən məktəb ləvəzimatları hədiyyə edilib. Sonda tələbələr məktəbin kitab fonduna məktəbliləri maraqlandıran mövzular ətrafında kitablar bağışlayıb və xatirə şəkli çəkdirib.
Ətraflı >
Bakı Avrasiya Universitetində “Biz Gəlirik, Qarabağ!” adlı anım tədbiri keçirilib
Bakı Avrasiya Universitetində "20 Yanvar faciəsi", "Xocalı soyqırımı" və "31 Mart soyqırımı" -nın şəhidlərinə həsr olunmuş “Biz Gəlirik, Qarabağ” adlı anım tədbiri keçirilib. Avrasiya universitetinin TGT fəallarının təşkilatçılığı ilə keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, Nərimanov Rayon Gənclər və idman idarəsinin nümayəndələri, həmçinin şəhid ailələri iştirak ediblər. Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan xalqının başına gətirilən üç faciənin oxşarlığından bəhs edərək “Biz Gəlirik, Qarabağ” adlı anım tədbirinin əhəmiyyətini vurğulayıb. O, bütün şəhid ailələrinə səbr diləyib. Sonra şəhid yaxınları və valideynləri övladlarının qəhrəmancasına həlak olmasından danışaraq bütün gənclərə hər zaman mübariz olmağı arzulayıblar. Tələbələr baş verən hadisələri maraqlı kompozisiya ilə nümayiş etdiriblər. Kompozisiya tamaşaçıların göz yaşlarına səbəb olub. Tamaşanın sonunda tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ətraflı >
Tələbə Gənclər Təşkilatlarının sədrlərinin Təhsil Naziri Ceyhun Bayramovla görüşü keçirilmişdir
Yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq təhsil sferası və tədris prosesində tətbiq edilən yeniliklər və mövcud vəziyyətlə bağlı ölkənin müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən Tələbə Gənclər Təşkilatlarına daxil olmuş çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı müraciətə ən qısa zamanda reaksiya vermiş Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun TGT Sədrləri ilə online formatda görüşü baş tutmuşdur. Görüşdə Təhsil naziri ilk öncə müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumatı bölüşmüş, tələbərlə və Tələbə Gənclər Təşkilatları ilə belə görüşlərin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır. Nazir çıxışı zamanı tələbələri narahat edən bir sıra məsələlərə aydınlıq gətirmişdir. Belə ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün yaradılmış yeni imkanlar, tədris ilinin uzadılmasının baş verməyəcəyi, imtahanlarda iştirak, distant təhsildə iştirak edə bilməyən tələbələr üçün yeni imkanlar, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklər barədə danışan Ceyhun Bayramov, 4-cü kursda təhsil alan tələbələrin yekun dövlət imtahan qiymətlərinin Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə əsasən aparılacağı və tələbələrə qiymətləri ilə əlaqədar təkrar baxılması üçün müraciət imkanının yaradılacağı, buraxılış işlərinə baxılma qaydalarının təhsil müəssisələrinin elmi şuralar tərəfindən müəyyən ediləcəyi, onlayn dərslərdə iştirak etmə imkanı olmayan tələbələr üçün yayda təkrar təşkil ediləcək icmal dərslərində iştirak imkanının yaradılacağını qeyd etmişdir. O, eyni zamanda, avqust və sentyabr aylarında məsləhət saatlarının təşkil ediləcəyi və bunlarla əlaqədar tələbələrdən əlavə ödənişin alınmayacağı, tələbə təqaüdlərinin imtahanlardan sonra müəyyən ediləcəyi barədə məlumat vermişdir. Görüşdə Tələbə Gənclər Təşkilatlarının sədrləri tələbələri maraqlandıran bir sıra suallarını nazirə ünvanlamışlar. Suallar tələbələrin təqaüd, onlayn təhsil ilə bağlı yaranan çətinliklər, təhsil haqlarının ödənilməsi və digər aktual məsələləri əhatə etmişdir. Nazir tələbələrin suallarını təfərrüatı ilə cavablandırmış və eyni zamanda tələbələrin səsləndirdikləri rəy və təkliflərini diqqətlə dinləmiş, onların nəzərdən keçiriləcəyini bildirmişdir. Tələbə Gənclər Təşkilatlarının Təhsil Nazirliyinin məsul şəxsləri ilə bu formatda görüşlərin gələcəkdə də keçirilməsinin faydalı olacağı qeyd edilmişdir.
Ətraflı >
Gənclər Təşkilatlarının V Respublika sərgisi keçirilib
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Crystal Hall”un Media Mərkəzində Gənclər Təşkilatlarının V Respublika sərgisi keçirilib. Sərgidə 11 gənclər evi və 85 gənclər təşkilatı təmsil olunub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, baş nazirin müavini Əli Əhmədov, gənclər təşkilatlarının sədrləri, gənc fəallar iştirak ediblər. Gənclər və idman nazirinin müavini İntiqam Babayev ziyarətçilər müasir gənclərin həyatında yer alan yeni layihə və istiqamətlər haqqında məlumat toplaya biləcəklərini bildirib. O, gənclər təşkilatlarının həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılmasının önəmindən də söz açıb. V Respublika sərgisinin əsas məqsədi gənclər təşkilatlarının özlərini təqdim etmələri, nailiyyət və imkanlarını göstərmələri, təcrübə mübadiləsi aparmaları və ictimai əlaqələrini genişləndirmələri üçündür. Sərgidə müxtəlif mövzularda təlimlər də keçirilib.
Ətraflı >
ATGTİ əməkdaşı Türkiyənin Samsun şəhərində keçirilən "Beynəlxalq Media Təlim Düşərgəsində" iştirak e...
35 ölkədən 150-dən artıq Media nümayəndəsinin iştirak etdiyi beynəlxalq təlimdə Azərbaycanı 3 media nümayəndəsi təmsil edib. Sonda beynəlxalq təlim iştirakçılarına İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Aljazeera Media İnstitutu, Anadolu Agentliyi (AA) və Türkiyə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim edilib. Təlimlər zamanı ATGTİ-nin rəsmi sosial şəbəkə hesabları 99 illik təcrübəyə malik Anadolu Agentliyinin (AA) səlahiyyətli nümayəndəsi tərəfindən bəyənilib və 10 bal üzərindən 10 balla qiymətləndirilib.
Ətraflı >
Azərbaycan Dillər Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdimatı keçir...
Təqdimatda ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova və Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva iştirak edib. İlk öncə ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev ATGTİ-nin fəaliyyətindən, həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edib. Tələbələrin sosial aktivliyinin əhəmiyyətini vurğulayan Hüseyn Babayev bildirib ki, təhsillə yanaşı gənclər müxtəlif layihələrdə iştirak edərək, könüllülük proqramlarına qoşularaq karyeralarında ilk addımlarını ata bilərlər. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva çıxış edərək kartın gənclərə yaratdığı endirim fürsətləri ilə bağlı məlumat verib. Kartın əldə edilməsi haqqında tələbələri təlimatlandıran Xanım Paşayeva, bununla yanaşı mobil tətbiqetməni istifadə etmənin üstünlüklərindən də söz açdı. Həmçinin, Tələbə Gənclər Təşkilatının sədr müavini Hüseyn Etibaroğlu tələbələri salamlayıb və TGT haqqında ətraflı məlumat verib. Daha sonra təşkilatın sədri Günay Səmədova çıxış edərək ADU TGT-nin tarixindən, tələbəlik illərini səmərəli keçirməkdə TGT-nin rolundan bəhs edib. Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının icraçı direktoru Lamiyə Əhmədzadə çıxış edərək TGT-nin strukturundan, departamentlərdən və onların fəaliyyətləri dövründə keçirtdikləri tədbirlərdən danışıb. Təqdimat TGT-nin keçirtdiyi tədbirlərdən olan video-roliklərin nümayişi ilə davam etdirilib.
Ətraflı >
“Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” elmi konfransı keçirilib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 6 dekabr 2018-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib. Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan nəslin - tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni ideyalar ortaya çıxarmaq olub. Elmi-praktik konfransı giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi tədbirin əhəmiyyətindən və hər kəsin fövqəladə hallara hazır olmasının vacibliyindən danışıb. Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd etmişdir ki, fəaliyyət göstərdiyi 13 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görmüşdür. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov belə bir tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib və tələbə-gənclər üçün bu tipli tədbirlərin əhəmiyyətindən bəhs edib. Daha sonra konfransda tələbələr tərəfindən “Ekoloji fövqəladə hallar və onların qarşısının alınması yolları”, “Bakı şəhərində yağış sularının idarə olunması: mövcud vəziyyət, təhdidlər və istifadə olunmamış imkanlar”, “Neftlə çirklənmiş ərazilərin müasir üsullarla təmizlənməsi”, “Alternativ enerji mənbələrinin yarada biləcəyi fövqəladə hallar və onların aradan qaldırılması yolları” və.s mövzularda təqdimatlarla müşayiət olunan çıxışlar səsləndirilmişdir.
Ətraflı >
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfrans keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfrans keçirilib. Videokonfransda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Cümhuriyyətə aparan yol” mövzusunda çıxış edərək, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirilən yeniliklərin Azərbaycan xalqının tarixində olan yeri və əhəmiyyəti haqqında konfrans iştirakçılırına məlumat vermişdir. Görüşdə iştirak edən tələbələrin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına aparan yol, həmin tarixi dönəmdə regionda və dünyada baş verən hadisələr, bunların ilk cümhuriyyətimizin mövcudluğuna təsiri və respublikanın süquta uğramasını şərtləndirən səbəblər barədə sualları cavablandırılmışdır. Xüsusilə vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan hazırkı dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və daha da qüdrətlənərək inkişaf etməsi üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər əllərindən gələni etməli və hər zaman müstəqilliyimizi və dövlətçiliyimizi əziz tutmalıdır. Qeyd edək ki, görüşdə 200 yaxın gənc iştirak edib.
Ətraflı >
«Show Your Dance 2019» rəqs müsabiqəsi keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Show Your Dance 2019" adlı rəqs müsabiqəsi keçirilib. İdman Akademiyasın 3-cü kurs tələbəsi Murad Süleymanlının layihə rəhbəri olduğu müsabiqə artıq 3-cü dəfədir ki, keçirilir. Müsabiqədə 7 ali təhsil müəssisəsinin rəqs komandası iştirak edib və hər müəssisədən 1 komanda öz rəqslərini nümayiş etdirib. Rəqs müsabiqəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası "İncilər", Azərbaycan Dövlət Pedaqoji Universiteti "Xarici", Bakı Ali Neft Məktəbi "Ləzginka", Milli Aviasiya Akademiyası "Arşın Mal Alan", Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli", Azərbaycam Tibb Universiteti "Uzundərə", Azərbaycan Turizm və Menecment Universiteti isə "Tango" rəqsləri ilə çıxış edib. Sonda münsif səsləri toplanaraq 110 balla Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli" rəqsi ilə qalib olub. Məlumat üçün bildirək ki, gələn il keçirilməsi nəzərdə tutulan "Show Your Dance 2020" Rəqs Müsabiqəsi qalib komandanın təmsil olunduğu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq.
Ətraflı >
1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraql...
1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib. Belə ki, bir uşaq 1 günlük Bakı Avrasiya Universiteti Tələbə Gənlər Təşkilatının Sədri təyin edilib. 1 günlük sədr təyin edilən balaca Gülay universitetin rektoru, prorektorları, dekanları və müəllimləri ilə görüşüb. Sonda BAAU TGT fəalları ilə görüşən Gülay TGT-nin fəaliyyəti və iş planı ilə yaxından tanış olub.
Ətraflı >
Yay Fest iştirakçıları Şahdağa yola düşüb
500 nəfərdən ibarət iştirakçı heyəti Azərbaycanda ilk dəfə keçirilən "Yay Fest-Gənclər Festivalı"-da iştirak etmək üçün Şahdağa yola düşüb. 2 Mərhələli müsabiqə prosesindən uğurla keçən iştirakçılar 5 gün ərzində festivalda iştirak edəcək.
Ətraflı >
"Tea Talk"
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramını təqdim edirik. 3 ay müddətində keçirilməsi planlaşdırılan proqramın məqsədi tələbələrə karyera planlaması istiqamətində dəstək olub, karyera imkanlarını əlçatan etməkdir. Proqram müddətində tərəfdaş şirkət və qurumlara müxtəlif istiqamətlərdə təhsil alan tələbələrin səfərləri təşkil olunacaq və tələbələrin praktiki biliklərinin artırılması məqsədi ilə təlimlər keçiriləcəkdir. Nəticədə tələbələrin şirkət və qurumun fəaliyyəti barəsində təsəvvürü yaranacaq, həmçinin real iş və təcrübə imkanı əldə etmək şansı qazanacaqlar. Əgər siz də bu şanslardan faydalanmaq istəyirsinizsə, izləmədə qalın! #AzGF #ATGTİ #ASYOU #TeaTalks
Ətraflı >
“Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib
The Baku Congress Center hosted an event entitled "Festival of Solidarity of Azerbaijan Volunteers" organized by the Youth Foundation of the Republic of Azerbaijan, the Ministry of Labor and Social Protection of the Population of the Republic of Azerbaijan, the Ministry of Youth and Sports of the Republic of Azerbaijan and ASAN service, which was attended by hundreds of young people and volunteers organizations. Representatives of the Azerbaijan Student Youth Organizations' Union attended the festival. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsinin qalibi olan “Dayanaqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum” layihəsi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib. Forumda ilk öncə Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov çıxış edərək qonaqları və tələbələri salamlayıb, ev sahibliyi etdiklərindən məmnunluğunu bildirib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf proqramının əməkdaşı Məzahir Əfəndiyev Dayanıqlı İnkişaf Məqsədlərinin gələcək nəsillərin bugünkü ehtiyacların qarşılanmasına imkan verən üç təməl elementin bir-biri ilə uzlaşdırılmasından danışıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxış edərək ÜST-ün Azərbaycan Respublikasındakı hazırkı fəaliyyətindən bəhs edib. O, “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olmaq məqsədiylə mövcud və böhran zamanı yaranan səhiyyə prioritetlərinin öhdəsindən gəlmək üçün ictimai səhiyyə tədbirlərinin əlaqələndirilməsini təmin etməyin mahiyyətini vurğulayıb. Forumda ekspert kimi iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdiri Oqtay Əliyev dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırdığını bildirib. Həmçinin, ARPDİA-nın bu sahədə bir çox səylərə imza atdığını da qeyd edib. Qərbi Kaspi Universitetinin əməkdaşı Samir Həmidov çıxışında qarşıdakı on iki il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklərini bildirib. Sonda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ekspertlərə və ev sahibliyi etdiyi üçün Vazeh Əsgərova təşəkkürünü bildirib. Qeyd edək ki, tədbirin moderatorluğunu ATGTİ-nin Beynəlxalq Əlaqələr departamentinin direktoru Ramin Həbibzadə edib. Həmçinin, sonda Forum iştirakçılarının suallarını cavablandırılıb.
Ətraflı >
“Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük”
Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Erasmus+ Gənclik və Avropa Həmrəylik korpusu üzrə Azərbaycanda Məlumat mərkəzinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera mərkəzinin Sumqayıt Nümayəndəliyinin, Sağlam Düşüncə Gənclər Təşkilatı İB-nin və Sumqayıt Gənclər Evinin təşəbbüsü ilə “Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük” adlı infosessiya baş tutdu. Sessiya zamanı Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Sevinc Qasımova #tələbələrimİZ-ə Erasmus+ proqramının imkanları və könüllülük haqda ətraflı məlumat verdi.
Ətraflı >