ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasında təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumunda iştirak edib
Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasının Türkistan vilayətində Türk Konsulluğu tərəfindən təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumu,Türk Dünyası Gənclik,Mədəniyyət və Sənət Festivalında iştirak edib.
Türk Universiteti Öğrenciler Birliyinin Tələbə təmsilçilərinin iştirakı ilə toplantılar baş tutub. Təmsil olunan universitet tələbələri arasında dialoqlar baş tutub.Təmsil Universitetlər haqqında məlumat verilib. TGT sədri Rauf Vəliyev Azərbaycan Tibb Universitetində mövcud olan tələbə həyatı ,klinikalar,dərslik fondu,tədris korpusları haqqında iştirakçılara məlumat verərək bildirib ki, hazırda universitetimizin hazırlıq qruplarında 600 nəfərdən çox tələbə təhsil alır.Növbəti panellər zamanı təmsil olunan təşkilatlar haqqında məlumat verilib.Belə ki, ölkədə mövcud olan TGT-lər haqqında məlumat verilib və TGT-lərin ümumi ittifaqı olan ATGTİ-nin fəaliyyəti barədə tədbir iştirakçıları məlumatlandırılıblar
Səfər çərçivəsində baş tutan Türk Konseyi II Gənc Liderləri Forumunda gələcəkdə gənclər üçün icra olunacaq ortaq layihələrdən danışılıb.Daha sonra Azərbaycan nümayəndə heyəti Hoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər.
Səfər zamanı Türkistanda yerləşən tarixi əhəmiyyətli məkanlara gedilib və infoturlar təşkil olunub.