Bizi İzləyin :

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı ilə İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı əsasında Cocuq Mərcanlı kənd orta məktəbinə intellektual səfər edilib

Homepage | Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı ilə İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı əsasında Cocuq Mərcanlı kənd orta məktəbinə intellektual səfər edilib

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı ilə İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı əsasında Cocuq Mərcanlı kənd orta məktəbinə intellektual səfər edilib

Məktəblilərlə görüş zamanı Baki Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı sədri Kənan Sadıqov  Baki Ali Neft Məktəbi və onun fəaliyyəti haqqında şagirdləri məlumatlandırıb.

Görüş zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər dinlənilib.

Daha sonra Məktəblilər arasında 30 sualdan ibarət 2 hissəli intellektual oyun baş tutub. Suallar şagirdlərin dünyagörüşü, bilik və bacarıqlarını artırmaq məqsədilə (Azərbaycan dili və ədəbiyyatı, coğrafiyası və mədəniyyəti və s.) mövzularında tərtib olunub. İştirakçı 12 komandanın adı işğalda olan rayonların adlarına uyğun şəkildə adlandırılıb.

Bayram ab-havasında uşaqların həvəslə iştirak etdiyi intellektual oyunun ikinci hissəsində interaktiv oyun ("Səssiz Sinema") baş tutub. Daha sonra hər iki oyun üçün ballar hesablanaraq nəticələr açıqlanıb. Qalib komandalar (1, 2 və 3-cü yer) kubok, medal və xüsusi hədiyyələrlə təltif olunub.

Bununla yanaşı, bütün məktəblilərə TGT aktivləri tərəfindən məktəb ləvəzimatları hədiyyə edilib.

Sonda tələbələr məktəbin kitab fonduna məktəbliləri maraqlandıran mövzular ətrafında kitablar bağışlayıb və xatirə şəkli çəkdirib.