Bizi İzləyin :

TGT sədri Yusif Şükürov VII Rusiya - Azərbaycan gənclər Forumunda iştirak edib

Homepage | TGT sədri Yusif Şükürov VII Rusiya - Azərbaycan gənclər Forumunda iştirak edib

TGT sədri Yusif Şükürov VII Rusiya - Azərbaycan gənclər Forumunda iştirak edib

22 Sentyabr tarixindən başlayaraq Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və idman nazirliyinin dəstəyi ilə VII Rusiya - Azərbaycan gənclər Forumu öz işinə başlayıb.

Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Açılış mərasimdə çıxış edən nazir müavini İntiqam Babayev Forumun keçirildiyi 7 il ərzində Rusiya və Azərbaycan gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərin daha çox inkişaf etdiyini bildirib.

Nazir müavini vurğulayıb ki, bu forum hər iki ölkə gənclərinin bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmələri üçün çox böyük imkanlar yaradır. İntiqam Babayev çıxışının davamında “İlk dəfə 2012-ci ildə “Yeni nəsil: sərhədsiz məsuliyyət” başlığı altında keçirilən forumun ölkəmizdə gerçəkləşdiyini və əsası dialoq və əməkdaşlıq olan Bəyənnamənin Azərbaycanda qəbul edildiyini bildirib. O, deyib: evindirici hal ondan ibarətdir ki, forumlar daim müxtəlif sahələri əhatə edən mövzular ətrafında gerçəkləşir. Bu isə o dəməkdir ki, forum öz ətrafına fərqli düşüncəli, müxtəlif sahələri ehatə edən gəncləri cəlb edib, onların bacarıq və imkanlarının genişləndirilməsi üçün yeni zəmin yaradır. Ölkə başçıları cənab İlham Əliyev və Vladimir Putin də daim çıxışlarında hər iki ölkənin tarixə sığınan sıx və inkişaf etməkdə olan dostluq münasibətlərini xüsusi olaraq vurğulayırlar.”

Nazir müavini çıxışının davamında hər iki ölkə gəncləri arasında əməkdaşlığın, əlaqələrin genişləndirilməsi sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR təşkilatının xüsusi rolu haqqında danışıb və Rusiyanının müxtəlif Universitetlərində təhsil alan gənclərin mütəmadi olaraq Azərbaycana səfərlərinin təşkil edildiyini və bu istiqamətdə böyük addımlar atıldığını diqqətə çatdırıb. Sonda İntiqam Babayev forum iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda "Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-rəsmi təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə sessiyalar təşkil edilib. 

Bölümlərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin TGT sədri Şükürov Yusif Azər oğlu ,,Gənclərin yaradıcılıq inkişafı üçün beynəlxalq layihələr" mövzusunda çıxış edib.