Bizi İzləyin :

Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı

«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı» 20 noyabr 2009-cu ildə təsis edilib. 2010-cu ilin mart ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İlk təsis olunduğu illərdə 39 təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatını özündə cəmləşdirən İttifaq hazırda Azərbaycan Respublikasının 100 Ali və Orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını özündə birləşdirir. Bu təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır.

Daha Ətraflı

KATİBLİK

Rəşad Zeynalov

Baş Katib


Fidan Həsənova

Mətbuat Katibi


Aqil Quliyev

Üzvlərlə iş üzrə menecer


Daha Ətraflı

ATGTİ Haqqında Statistika

Təşkilatçısı Olduğumuz Tədbirlər

İştirak Etdiyimiz Tədbirlər

İcra Olunmuş Tapşırıqların Sayı

0

Cəlb edilən tələbə sayı

0

Tədbir sayı

0

Cəlb edilən tələbə sayı

0

Tədbir sayı

0

Təşkilatçısı Olduğumuz Tədbirlər

Cəlb edilən tələbə sayı

210000

Tədbir sayı

590

İştirak Etdiyimiz Tədbirlər

Cəlb edilən tələbə sayı

160000

Tədbir sayı

547

İcra Olunmuş Tapşırıqların Sayı

4000




TƏDBİRLƏR

Vakansiya Gənclər, elanımız var!  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sizi peşəkar komandanın üzvü olmağa, yeni imkanlar, maraqlı və ödənişli iş əldə etməyə dəvət edir. Vakansiyalar: • Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə menecer, • Klublarla iş üzrə menecer, • Klublarla iş üzrə koordinator Tələsin, vakansiya 16 mart saat 18:00-a qədər qüvvədədir. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.  
Tarix: 2020-03-15



Daha Ətraflı

Azərbaycan Dillər Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdimatı keçirilib.   Təqdimatda ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova və Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva iştirak edib. İlk öncə ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev ATGTİ-nin fəaliyyətindən, həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edib. Tələbələrin sosial aktivliyinin əhəmiyyətini vurğulayan Hüseyn Babayev bildirib ki, təhsillə yanaşı gənclər müxtəlif layihələrdə iştirak edərək, könüllülük proqramlarına qoşularaq karyeralarında ilk addımlarını ata bilərlər. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva çıxış edərək kartın gənclərə yaratdığı endirim fürsətləri ilə bağlı məlumat verib. Kartın əldə edilməsi haqqında tələbələri təlimatlandıran Xanım Paşayeva, bununla yanaşı mobil tətbiqetməni istifadə etmənin üstünlüklərindən də söz açdı. Həmçinin, Tələbə Gənclər Təşkilatının sədr müavini Hüseyn Etibaroğlu tələbələri salamlayıb və TGT haqqında ətraflı məlumat verib. Daha sonra təşkilatın sədri Günay Səmədova çıxış edərək ADU TGT-nin tarixindən, tələbəlik illərini səmərəli keçirməkdə TGT-nin rolundan bəhs edib. Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının icraçı direktoru Lamiyə Əhmədzadə çıxış edərək TGT-nin strukturundan, departamentlərdən və onların fəaliyyətləri dövründə keçirtdikləri tədbirlərdən danışıb. Təqdimat TGT-nin keçirtdiyi tədbirlərdən olan video-roliklərin nümayişi ilə davam etdirilib.  
Tarix : 2018-10-06



Daha Ətraflı

Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb Oktyabrın 2-də Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və ölkəmizin qərb bölgəsində yerləşən 12 rayonun 300-ə yaxın ən fəal gənci iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, ilk toplantının mövzusu Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi olduğunu qeyd edib. Vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi xalqa, vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik, üçüncüsü praktiki hərəkət olduğunu da bildirib. Daha sonra nazir çıxışında nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçirdiyi layihələrdən söz açıb. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəncləri salamlayıb, forum iştirakçılarına öz təbriklərini çatdırıb. Bildirilib ki, dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Müasir gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinin vacib amillərdən olduğunu deyən icra hakimiyyətinin başçısı gənclərə dövlətçilik ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək dövlət gənclər siyasətindən, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olduğundan danışıb, son illərdə Azərbaycan gəncliyinin qazandığı uğurları qeyd edib. Rəsmi hissədən sonra gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri Gəncə Dövlət Filarmoniyasında təşkil olunmuş sərgi ilə ilə tanış olublar. Filarmoniyanın foyesində təşkil olunmuş sərgidə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatları öz nailiyyətlərini nümayiş etdiriblə  
Tarix : 2018-10-02



Daha Ətraflı

Mövsümün ən rəngarəng şənliyi “ConGRADS 2023!” Məzun şənliyi uğurla başa çatdı!🚀 Mövsümün ən rəngarəng şənliyi “ConGRADS 2023!” Məzun şənliyi uğurla başa çatdı!🚀Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Ağ Şəhər Bazar Meydanın dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək, məzun olmuş gənclərə uğurlar arzulayıblar.3500-dən çox tələbənin iştirak etdiyi məzun şənliyinin açılış mərasimində gənclər ulduzlarla birlikdə əylənərək, imtahanlardan və stressdən kənar mühitin dadını çıxarlblar!😍
Tarix : 2023-07-19



Daha Ətraflı

Tədbirlər Təqvimi

“Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” elmi konfransı keçirilib

Tarix: 2018-12-17

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 6 dekabr 2018-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib. Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan nəslin - tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni ideyalar ortaya çıxarmaq olub. Elmi-praktik konfransı giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi tədbirin əhəmiyyətindən və hər kəsin fövqəladə hallara hazır olmasının vacibliyindən danışıb. Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd etmişdir ki, fəaliyyət göstərdiyi 13 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görmüşdür. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov belə bir tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib və tələbə-gənclər üçün bu tipli tədbirlərin əhəmiyyətindən bəhs edib. Daha sonra konfransda tələbələr tərəfindən  “Ekoloji fövqəladə hallar və onların qarşısının alınması yolları”, “Bakı şəhərində yağış sularının idarə olunması: mövcud vəziyyət,  təhdidlər və istifadə olunmamış imkanlar”, “Neftlə çirklənmiş ərazilərin müasir üsullarla təmizlənməsi”, “Alternativ enerji mənbələrinin yarada biləcəyi fövqəladə hallar və onların aradan qaldırılması yolları” və.s mövzularda təqdimatlarla müşayiət olunan çıxışlar səsləndirilmişdir.    

Daha Ətraflı
Hamısı
10
06
04
28
11
29
24
24
13
16
12
22
27
17
04
27
03
29
11
27
27
17
28
27
12
23
25
22
12
16
Hamısı
10
06
04
28
11
29
24
24
13
16
12
22
27
17
04
27
03
29
11
27
27
17
28
27
12
23
25
22
12
16

YENİLİKLƏR

Mövsümün ən rəngarəng şənliyi “ConGRADS 2023!” Məz ...

Mövsümün ən rəngarəng şənliyi “ConGRADS 2023!” Məzun şənliyi uğurla başa çatdı!🚀Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Ağ Şəhər Bazar Meydanın dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək, məzun olmuş gənclərə uğurlar arzulayıblar.3500-dən çox tələbənin iştirak etdiyi məzun şənliyinin açılış mərasimində gənclər ulduzlarla birlikdə əylənərək, imtahanlardan və stressdən kənar mühitin dadını çıxarlblar!😍

Daha Ətraflı

Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə ...

Əziz tələbələr,    Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə oldu.   Səfər zamanı tələbələr Mərkəzin bölmələri, peyklərin idarə olunması və ümumilikdə qurumun işi ilə yaxından tanış olmuş, suallarını məsul şəxslərə birbaşa ünvanlamaq imkanı da əldə etmişlər. 

Daha Ətraflı

Təklif və ya iradınız var?

Müraciət formunu doldurub, bizə göndərin!

Tərəfdaşlar