Bizi İzləyin :

BİZ MƏTBUATDA

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  Baş katibi Ramin Həbibzadə, həmçinin, ADU-nun professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər. Konfrans zamanı ATGTİ-nin Baş katibi Ramin Həbibzadə çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq ADU TGT-nin yeni sədri Tərcümə fakültəsinin tələbəsi Əzizova Məhsəti çıxış edərək fəaliyyət planı haqqında qısa məlumat verib. O, tələbələrin problem və qayğıları ilə yaxından maraqlanacağını və həlli istiqamətində çalışacağını bildirib.          


2020-03-13

Ətraflı >

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının Gənclərlə İş üzrə məsul şəxsi Zaur Məmmədov, DİA TGT-nin klub sədrləri və tələbələr iştirak edib.  Konfrans zamanı Zaur Məmmədov çıxış edərək tələbələrin hüquqlarının müdafiəsi, sosial-ictimai fəaliyyətinin təşkilində TGT-nin xüsusi əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Sitarə Cavadova çıxışı zamanı tələbələrə TGT-nin fəaliyyətində yaxından iştirak etməyi tövsiyə edib. İclasın gündəliyinə uyğun olaraq DİA TGT-nin keçmiş idarə heyətinin üzvü Aysel Cəfərova fəaliyyəti ərzində görülən işlər, keçirilən tədbirlər barədə hesabatla çıxış edib. Daha sonra DİA TGT-nin yeni sədri, İnzibati İdarəetmə fakültəsinin tələbəsi Murad Həsənxanlı çıxış edərək, ona göstərilən etimadı doğruldacağını qeyd edərək görülməsi nəzərdə tutulan işlər barədə qısa məlumat verib.      


2020-03-06

Ətraflı >

“Bayraqdar İntellektual oyunu” keçirilib

8 noyabr tarixində Gənclər və İdman Nazirliyi və ATGTİ-nin təşkilatçılığı, Park Bulvar Bakunun tərəfdaşlığı ilə Bayraq gününə həsr edilmiş “Bayraqdar İntellektual oyunu” keçirilib. Layihə Park Bulvar ticarət mərkəzində hər birində 5 nəfər olmaqla 5 komandanın iştirakı ilə baş tutub. Layihəyə əsasən Park Bulvarda qabaqcadan müəyyənləşdirilmiş mağazalarda 5 koordinator komandalara suallar vermək üçün yerləşdirilib. Hər komanda suallara cavab verəcəyi məkanın adını da ilkin mərhələdə suala cavab verməklə müəyyənləşdirib. Daha sonra, suallara cavab vermək üçün məkanlara yollanan komanda iştirakçıları 5 sualdan minimum 3-nə cavab verməklə bayraq udublar. Yekunda ən çox bayraq toplayan və məkana tez çatan komanda qalib  elan edilib. İntellektual oyunun  sualları layihənin adına uyğun olaraq  bayrağımızla bağlı olmaqla, xüsusilə bayrağımızın müxtəlif tarixi mərhələlərdəki statusundan, quruluşundan, haqqında verilən qərarlardan bəhs edib.      


2019-11-12

Ətraflı >

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Gənclər Fondu arasında birgə əməkdaşlıq sahəsində Anlaşma Memorandumu imzalanıb

Bakı Konqres Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanma mərasimi və Gənclər və Gənclər Təşkilatlarının vətənpərvərliyin təşviq və təbliğ edilməsi prosesidəki vəzifələri mövzusunda konfrans keçirilmişdir.   Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov da iştirak edib.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himniylə başlayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib.   Mərasimdə bildirilib ki, imzalanan Anlaşma Memorandumu tədbirlərin daha kütləvi, fərqli forma və məzmunda keçirilməsi istiqamətində yeni bir platformadır. Əminlik ifadə olunub ki, bu Memorandum həm də iki qurum arasında qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı əməkdaşlığın qurulması üçün möhkəm təməl olacaqdır.   Daha sonra tərəflər arasında Memorandum imzalanıb.   Anlaşma Memorandumuna əsasən 2019-cu il ərzində “Vətənin müdafiəsinə hazıram!” devizi altında müxtəlif formatlarda keçiriləcək maarifləndirmə xarakterli silsilə tədbirlərin planı hazırlanıb. Gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılması planlaşdırılan tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm veriləcək.   ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrdə vətənpərvərlik hissinin aşılanması məqsəd ilə İttifaqın bir sıra tədbirlər, layihələr etdiyini bildirib.O, “Yaşayan Tarix” -in bu layihələrdən biri olduğunu və layihə çərçivəsində 260-a yaxın veteranın xatirəsi üç cildlik diskdə əks olunduğunu bildirdi. Faiq Məmmədov qeyd edib ki, bizim tələbə təşkilatları ilə iş müddətində müşahidəmizə görə Azərbaycan tələbələri heç nədən asılı olmayaraq hər zaman öz dövlətlərinin, öz ölkəsinin və öz xalqının keşiyində durmağa hazırdır.   Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova və başqaları da tədbirdə çıxış edərək ölkəmizdə gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişməsi istiqamətində görülən işlərdən danışıb, bu baxımdan anlaşma memorandumunun imzalanmasının əhəmiyyətini vurğulayıblar.  


2019-01-12

Ətraflı >

Panel görüşü

1 noyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər Təşkilatlarının rəhbərləri ilə növbəti panel görüşü keçirildi. Bu sessiyanın müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” idi. Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr aparıldı, gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyətləri və təşkilatlar tərəfindən gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verildi və sonda #tələbələrimİZ-in də aktiv iştirakı ilə sual-cavab sessiyası keçirildi. #NAYORA #ATGTİ #DVC #İrəli2020 #GTEMCY #Panelgörüşləri


2021-11-02

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb


2020-02-16

Ətraflı >

"Hədəf 5%" proqramı çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya.

24 noyabr tarixində Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı və nəzdində fəaliyyət göstərən Layihələr klubunun təşkilatçılığı ilə YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya baş tutmuşdur. Ekskursiya zamanı #tələbələrimİZ muzeydə olan maraqlı sərgi və əsərlərlə tanış olmuş, dünyagörüşlərini artıracaq və maariflənə biləcəkləri zəruri məlumatlara yiyələnmişdirlər.


2021-11-24

Ətraflı >

Bakı Avrasiya Universitetində “Unudulmuş Sədalar” adlı layihə keçirilib

  Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində Azərbaycan Tələbə Kartı istifadəçiləri üçün “Unudulmuş Sədalar” adlı layihə keçirilib. Layihənin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, retro musiqilərimizin gənclər arasında təbliğ olunmasından ibarətdir. Tədbirdə açılış nitqi ilə Bakı Avrasiya Universitetinin rektorun təşkilati məsələlər üzrə müavini Kamil Məmmədov çıxış edərək, bu tipli tədbirlərin əhəmiyyətindən bəhs edib. Daha sonra Azərbaycan musiqi tarixini, klassik estrada ifaçılarının ifalarını əks etdirən videoçarx nümayiş etdirilib. Konsertdə məşhur müğənnilər Ayaz Babayev və Sərvət Əsəd çıxış etmişdir. Eləcə də, musiqi alətləri qrupu, rəqs qrupunun çıxışları yer alıb. Sonda xüsusi guşədə tələbələr üçün elektron qeydiyyatdan keçərək, Azərbaycan Tələbə Kartına sahib olmaq xüsusi imkanı yaradılıb.  


2018-12-20

Ətraflı >

6-10 İyun tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Sloveniyaya işgüzar səfər edib

6-10 İyun tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının Baş Assambleyası və İdarə Heyətinin iclasında iştirak edib. İclasda Azərbaycan Tələbə Kartı ilə bağlı görülmüş işlər haqqında məlumatlar təqdim edilib və Avropa Gənclər Kartı Assosiasiyasının növbəti fəaliyyət müddəti üçün strateji plan müzakirə edilərək təsdiq edilib. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının 6.7.1. bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulmuşdur.         


2019-06-18

Ətraflı >

“Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” lahiyəsinin ekspertləri tələbələrlə görüşüb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” layihəsinə start verilib. Tədbir layihə ekspertləri və könüllüləri arasında tanışlıqla başlayıb. Görüşdə ekspertlər – sosioloq Hüseyn İbrahimov və AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirak ediblər. AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirakçıları salamlayıb və layihənin məqsədini açıqlayıb. Daha sonra sosioloq Hüseyn İbrahimov çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Sonda ekspertlər tələbələrin suallarını cavablandırıblar. Bildirək ki, layihə Azərbaycanın 4 regionunda və Bakı şəhərində keçiriləcək. Layihə müddətində seminarlar təşkil olunacaq, könüllülər sorğular keçirəcək. Sorğuların nəticələri əsasında müasir Azərbaycan gənclərinin sosial psixoloji mənzərəsi araşdırılacaq.


2018-11-09

Ətraflı >

"Poliqon" Strateji İntellekt Oyunu üzrə III Universiadaya yekun qoyulub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi,  Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Poliqon Dostlar Klubu və Region Gənclərinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə Poliqon Strateji İntellekt Oyunu üzrə III Universiadanın final mərhələsi keçirilib. Tədbirdə ATGTİ-nin Korporativ əlaqələr üzrə meneceri Fərhad Sayidov iştirak edib. O, tələbələri salamlayaraq müsabiqədə uğurlar arzuladığını bildirib. Final mərhələsində müxtəlif təhsil müəssisələrindən olan 18 komanda iştirak edib.  Yarışın nəticələrinə uyğun olaraq  610 bal toplamış “GentleMans” yığma komandası 1-ci; 565 bal ilə “Queentett” yığma komandası 2-ci; 540 bal toplayaraq “Naxçıvanın Diplomat” komandası 3-cü yerə layiq görülüb. Yarışın sonunda iştirakçılar təltif edilib.      


2020-03-10

Ətraflı >

Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə növbəti iclası keçirilib

  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə keçirilən idarə heyətinin növbəti iclasında iştirak edib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin  üzvüdür. Bununla yanaşı, Faiq Məmmədov səfər çərçivəsində Avropa Parlamentində  Beynəlxalq Multilingualism gününə həsr olunmuş tədbirdə iştirak edib.  


2018-10-05

Ətraflı >

ATGTİ sədri Faiq Məmmədov Belçikanın Brüssel şəhərində işgüzar səfərdə olub

15-18 noyabr tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belçikanın Brüssel şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının İdarə Heyətinin iclasında iştirak edib. İclasda Azərbaycan Tələbə Kartı ilə bağlı görülmüş işlər məruzə edilib və Avropa Gənclər Kartı Assosiasiyasının növbəti fəaliyyət müddəti üçün strateji plan müzakirə edilib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində 200-dən çox, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq müəssisədən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir. Məlumat üçün bildirək ki, Azərbaycan Tələbə kartının əməkdaşlıq etdiyi Avropa Gənclər Kartı Assosiasiyası 1991-ci ildə gənclərin Gənclər Kartından istifadəsini sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş imzalamış, 1995-ci ildən isə Avropa Komissiyası müvafiq prosesi dəstəkləməyə başlamışdır. Onu da qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin  ən gənc və ilk Azərbaycanlı üzvüdür.  


2019-11-27

Ətraflı >

ADA Universitetində “Gender Role İnfluence on Women`s Education” mövsusunda açıq dərs keçiriləcək

4 mart 15:00-da ADA Universitetində “Gender Role İnfluence on Women`s Education” mövsusunda açıq dərs keçiriləcək.   Açıq dərs Humanitar Elmlər və Sosiologiya üzrə Yrd.Dos.Dr.Umut Özkaleli tərəfindən keçiriləcək.   “ADA” Universitetinin Magistr Tələbə Hökuməti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı və təşkilatçılığı ilə keçirilən açıq dərsdə qadınların təhsildə rolundan, qadınların təhsil almasında gender faktorunun əhəmiyyətindən, eləcə də qadınların ümumilkdə cəmiyyətdəki proseslərə təsirindən bəhs edilməklə, gender amilinin önəmindən danışılacaq.   Qeyd:   *Açıq dərs mövzusunun işçi dili ingilis dilində olacaqdır.   *Gələrkən özünüzlə şəxsiyyət vəsiqəsini gətirməyi unutmayın.    Açıq dərsdə iştirak etmək istəyən tələbələr buradan qeydiyyatdan keçə bilər. 


2019-02-21

Ətraflı >

"Səssiz qəhrəman" işarə dili təlimi baş tutub

Azərbaycan – Fransız Universitetində Xeyirxah Platformasının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə, işarə dili üzrə tanınmış təlimçi Nuranə Abıyevanın təqdimatında həyata keçirdiyi "Səssiz Qəhrəman" işarə dili təlimlərinin açılışı və ilk təlimi baş tutub. Xeyirxah Platformasından bildirilib ki, Platformanın rəhbəri Çingiz Səfərov gələcək planlardan söz açaraq Platforma tərəfindən ilk dəfə olaraq "Səssiz Qəhrəman" işarə dili forumunun keçiriləcəyini qeyd edib. Eyni zamanda eşitmə və danışma qüsuru olan insanlar üçün keçiriləcək forumların müxtəlif mövzuları əhatə etməklə ənənəvi şəkildə keçirilməsi planlaşdırılır. Daha sonra Nuranə Abıyevanın təqdimatında interaktiv təlim davam edib. O, qeyd edib ki, layihənin davamında iştirakçılarla birgə müxtəlif fləşmobların hazırlanması nəzərdə tutulub. Bundan başqa, xüsusi olaraq, layihə üçün hazırlanmış video dərsliklər mütəmadi şəkildə iştirakçılara və ictimaiyyətə sosial şəbəkələr üzərindən təqdim olunacaq.  


2018-12-18

Ətraflı >