BİZ MƏTBUATDA
Noyabr ayı üzrə ən aktiv TGT-lər təltif edilib!
14.12.2019-cu il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sonra yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin noyabr ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1. Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının rolu 2. Bayraqdar intellektual oyunu 3. Bayraq Günü fləşmobu 4. Azərbaycan – UELS futbol yarışı 5. “Youth Speak” Forum 6. Tələbələr ilə səmimi görüş-Bakı Dövlət Universiteti Faiq Məmmədov həmçinin, İttifaq daxilində edilən kadr dəyişikliyi barədə də TGT sədrlərini məlumatlandırıb. Sonda noyabr ayının ən fəal TGT-si Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci seçilib. Hər iki təhsil müəssisəsinin TGT sədrləri Murad Süleymanlı və İsmayıl Ağazadə sədr tərəfindən təltif edilib.
ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasında təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumunda iştirak edib
Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasının Türkistan vilayətində Türk Konsulluğu tərəfindən təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumu,Türk Dünyası Gənclik,Mədəniyyət və Sənət Festivalında iştirak edib. Türk Universiteti Öğrenciler Birliyinin Tələbə təmsilçilərinin iştirakı ilə toplantılar baş tutub. Təmsil olunan universitet tələbələri arasında dialoqlar baş tutub.Təmsil Universitetlər haqqında məlumat verilib. TGT sədri Rauf Vəliyev Azərbaycan Tibb Universitetində mövcud olan tələbə həyatı ,klinikalar,dərslik fondu,tədris korpusları haqqında iştirakçılara məlumat verərək bildirib ki, hazırda universitetimizin hazırlıq qruplarında 600 nəfərdən çox tələbə təhsil alır.Növbəti panellər zamanı təmsil olunan təşkilatlar haqqında məlumat verilib.Belə ki, ölkədə mövcud olan TGT-lər haqqında məlumat verilib və TGT-lərin ümumi ittifaqı olan ATGTİ-nin fəaliyyəti barədə tədbir iştirakçıları məlumatlandırılıblar Səfər çərçivəsində baş tutan Türk Konseyi II Gənc Liderləri Forumunda gələcəkdə gənclər üçün icra olunacaq ortaq layihələrdən danışılıb.Daha sonra Azərbaycan nümayəndə heyəti Hoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər. Səfər zamanı Türkistanda yerləşən tarixi əhəmiyyətli məkanlara gedilib və infoturlar təşkil olunub.
“Gənclər – sağlamlığınızı qoruyun!” şüarı altında tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Tutu Diet” Mərkəzinin təşkilatçılığı ilə “Gənclər - Sağlamlığınızı qoruyun!” adlı layihə baş tutmuşdur. Tədbirin ilkin mərhələsi 20 sentyabr Azərbaycan Dillər Universitetində, növbəti mərhələsi isə 21 sentyabr Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutmuşdur. Hər iki tədbirdə ilk öncə “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Şahin Alxazov çıxış edərək tələbələri salamladı. Ardınca Avropa oyunlarının qalibi və "Şöhrət" ordeni ilə təltif edilmiş yunan-roma güləşçisi Elvin Mürsəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə peşəkar idmançı və məşqçi Kamil Zeynallı çıxış edərək gənclərə idmanın mahiyyətindən söz açdı. Sonda Azərbaycan Tibb Universitetinin Tədris Terapiya klinikası, ESPEN və IFSO-nun üzvü həkim-diyetoloq Tutu Zeynalova nəzəri və praktiki hissədən ibarət, “Düzgün qidalanma haqqında məlumat” , “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mövzularında təlimlər keçmişdir. Layihənin həyata keçirilməsində məqsəd – gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər, valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir. Tədbirin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur. Açar sözlər: adutgt, azmiu tgt
“Hədəfini Seç”
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hədəfini Seç” adlı stolüstü oyun turniri baş tutdu.
Vakansiya
Gənclər, elanımız var! Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sizi peşəkar komandanın üzvü olmağa, yeni imkanlar, maraqlı və ödənişli iş əldə etməyə dəvət edir. Vakansiyalar: • Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə menecer, • Klublarla iş üzrə menecer, • Klublarla iş üzrə koordinator Tələsin, vakansiya 16 mart saat 18:00-a qədər qüvvədədir. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Türkiyənin rəsmi nümayəndələri ATGTİ-nin qonağı olub
17 sentyabr 2018-ci il tarixində Qafqaz İslam Ordusu hərəkatının 100-cü il dönümü münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Qazilər Müharib Dərnəyinin, həmçinin Türkiyə Əməkli Subaylar Dərnəyinin üzvləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qonağı olub. Görüşdə ilk olaraq ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək Türkiyənin rəsmi nümayəndələrini, eləcə də tələbələri salamladı. Ardınca Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Qafqaz İslam Ordusunun Azərbaycan-Türkiyə münasibətlərinin tarixində əhəmiyyətli rola malik olduğunu qeyd edərək tədbirin mahu söz açıb. O, Bakının işğaldan azad olunması üçün türk millətinin övladları çiyin çiyinə birlikdə mücadələ edərək bizim üçün bir örnək olduqlarını da qeyd edib. Daha sonra Anadolu Aydınlar Ocağı sədri prof. dr. İbrahim Öztək Azərbaycan–Türkiyə münasibətlərindən, Azərbaycan əsgərlərinin Çanaqqala müharibəsində göstərdiyi əzmkarlıqdan bəhs etdi. Prof. dr. İbrahim Öztək Azərbaycan və Türkiyə arasında uzun illər idman, mədəni, tarixi, sosial, siyasi və strateji sahələrində olan işləriylə bağlı Azərbaycan tərəfindən fədai ordeninə layiq görüldüyünü və bu ordeni alarkən hiss etdiyi xoşbəxtlik, şərəf və qüruru tələbələrə bildirdi. O, Şahin İsmayılova öz yazdığı Qarabağa aid kitabı təqdim etdi. Tədbirdə qonaqlar gənclərin suallarını cavablandırdı. Sonda onlarla birgə xatirə şəkli çəkdirildi.
"Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri" adlı tədbir keçirilib
Fransanın Strasburq şəhərində 21-25 yanvar tarixlərində “Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Beynəlxalq Əməkdaşlıq və Donorlarla İş şöbəsində mütəxəssis Elmira Allahverdiyeva, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev iştirak edib. İştirakçılar ilk öncə Avropa Şurasının binasını ziyarət edib və tədbirin ilk günündə Avropa Şurası Parlament Assambleyasının açılış mərasimi baş tutmuşdur. Daha sonra tədbir iştirakçıları Avropa Şurası və Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti haqqında ətraflı məlumatlandırılmış, Avropa Gənclər Mərkəzinin direktoru ilə görüşüb gənclik siyasəti və gənclər mərkəzi barədə geniş müzakirələr aparıblar. Eyni zamanda onlar Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa Parlamentinə səfərlərdə iştirak ediblər. Tədbirin əsas məqsədi iştirakçıları Avropa Şurasının gənclər siyasətindəki yeniliklərlə bağlı məlumatlandırmaq və Azərbaycan Respublikası ilə əlaqələri daha da gücləndirməkdən ibarət olub.
1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib
1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib. Belə ki, bir uşaq 1 günlük Bakı Avrasiya Universiteti Tələbə Gənlər Təşkilatının Sədri təyin edilib. 1 günlük sədr təyin edilən balaca Gülay universitetin rektoru, prorektorları, dekanları və müəllimləri ilə görüşüb. Sonda BAAU TGT fəalları ilə görüşən Gülay TGT-nin fəaliyyəti və iş planı ilə yaxından tanış olub.
“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri ölkənin ən innovativ banklarından olan Unibanka olmuşdur. Səfər zamanı tələbələr bankın rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuş, öz suallarını birbaşa məsul şəxslərə ünvanlamaq imkanı qazanmışlar. Çay fasiləsindən sonra isə tələbə gənclər müxtəlif şöbələri gəzərək oradakı iş prosesi ilə yaxından tanış olmuşlar. Sonda iştirak edən tələbələrə bank tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Əgər siz də bu kimi imkanlardan yararlanmaq isyəyirsinizsə, bizi izləmədə qalın! #AzGF #ATGTİ #ASYOU #Unibank #TeaTalks
ATGTİ-nin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrində kütləvi məlumatlandırma günləri keçirilib
ATGTİ-nin təşəbbüsü, TGT-lərin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq 70-ə yaxın ali və orta ixtisas təhsil müəssisələrində universitetə yeni daxil olmuş tələbələr üçün kütləvi məlumatlandırma günləri keçirilib. Müxtəlif regionlarda 13-27 sentyabr tarixlərində keçirilən məlumatlandırma günlərində 3000-dən çox tələbə ali təhsil alacaqları müəssisə, onun tələbə-müəllim heyəti, tələbə təşkilatları, tədris sistemi ilə yaxından tanış olublar. Məlumat üçün bildirək ki, dünyanın bir çox təhsil ocaqlarında ənənəvi olaraq keçirilən məlumat xarakterli görüşlər Azərbaycanda ilk dəfə olaraq bu qədər tələbə kütləsini əhatə etməklə 3000-dən çox tələbənin təhsil alacağı müəssisə haqqında ətraflı məlumat almasına səbəb olub. Onu da qeyd edək ki, Azərbaycanda keçirilən məlumatlandırma günləri ərzində bir çox təhsil ocağlarında hətta tələbələrin əylənməsi və səmimi mühitə alışması üçün müxtəlif formatlı idman yarışları keçirilib, rəqs təşkil edilib və bəzi fəal tələbələr mükafatlandırılıb.
Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib
30 may 2019-cu il tarixində ADPU Şamaxı filialında ATGTİ sədri və katiblik nümayəndələrinin iştirakı ilə Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib. Təhsil aldıqları müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdikləri uğurlu fəaliyyətə görə 100 nəfər TGT fəalı diplomla mükafatlandırılıb. Bununla yanaşı onların problem və qayğıları dinlənilib, bəzi problemləri yerindəcə həll olunub. Daha sonra TGT sədrlərinin bir-birini yaxından tanıması, TGT sədrləri və İttifaq nümayəndələri arasında səmimi əlaqələrin yaranması məqəsədilə sədrlər birgə nahar edib.
“Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qalib təqaüdçüləri seçilib
PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 2012-ci ildən etibarən birgə həyata keçirdiyi “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin cari ildəki qalib təqaüdçüləri seçilib. Cari ildə müsabiqəyə 7 oktyabr tarixindən start verilib. Elektron qeydiyyat və müsahibə olmaqla iki mərhələdən ibarət layihədə 20 tələbə-gənc xüsusilə fərqlənməyi bacarıb. Qeyd edək ki, hər bir təqaüdçü 12 ay boyunca, hər ay 145 AZN məbləğində təqaüdlə təmin ediləcək. Layihə yerli universitetlərin istedadlı və ictimai sahədə fəal tələbələrini həvəsləndirmək, eləcə də, özəl və dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək rəhbərlərin inkişafını möhkəmləndirmək məqsədi daşıyır. Aşağıda adları qeyd olunan tələbə-gəncləri bu uğurları münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər əldə etməyi arzu edirik: Atakişizadə Mehriban - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Bayrami Fidan - Bakı Mühəndislik Universiteti Cəfərli Fuad - Azərbaycan Dövlət Aqrar Universiteti Dadaşova Nigar - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Dünyamalıyev İslam - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ələsgərov İsa - Bakı Mühəndislik Universiteti Mehtiyev Tural - “ADA” Universiteti Məhyəddinli Rəşad- Bakı Mühəndislik Universiteti Məmmədli Fərid- “ADA” Universiteti Məmmədova Ülviyyə - Bakı Mühəndislik Universiteti Mənsumlu Kürşad - Azərbaycan Dövlət İqtisad Universiteti Muxtarov Elmir - Bakı Mühəndislik Universiteti Musazadə Nurlan - Azərbaycan Dövlət İqtisad Universiteti Qaralov Əsəd - Azərbaycan Dövlət İqtisad Universiteti Quluzadə Kəmalə - Bakı Mühəndislik Universiteti Sayidov Fərhad - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Səlimova Gülanə - Azərbaycan Dövlət İqtisad Universiteti Soltanova Aytən - Azərbaycan Dövlət İqtisad Universiteti Süleymanova Leyla - Bakı Mühəndislik Universiteti Ziyatxanlı Murad - Bakı Mühəndislik Universiteti
ATGTİ-nin təşkilatçılığı ilə Gəncə şəhəri və ətraf rayonlar üzrə TGT fəallarının təltifetmə mərasimi keçirilib
Mərasimdə 12 təhsil müəssisəsindən fəaliyyət göstərən TGT fəalları iştirak edib. Ümumilikdə, 145 TGT fəalı xidmətlərinə görə ATGTİ-nin sədri tərəfindən diplomlarla təltif edilib. Görüşün əsas məqsədi TGT-lərin fəaliyyətini dəyərləndirmək, onların problemlərini dinləmək və həll yollarını müzakirə etməkdən ibarət olub. Mükafatlandırmadan öncə ATGTİ-nin sədri Faiq Məmmədov tələbələrlə səmimi görüş keçirib. Faiq Məmmədov, tələbələrin suallarını dinləyib və onları cavablardırıb. O, tələbələrə TGT-lərdə göstərdikləri uğurlu fəaliyyətə görə təşəkkür edib və onları bu uğur münasibətilə təbrik edib. Tədbirin sonunda TGT fəalları və ATGTİ kollektivi ilə birgə xatirə şəkli çəkilib.