TƏDBİRLƏR
"Gənc istedadların rəsm sərgisi" keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Gənc istedadların rəsm sərgisi" keçirilib. Sərgidə müxtəlif universitetlərin gənc rəssamlarının 50-yə yaxın əl işi nümayiş olunub. ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev bildirib ki, gənclər olaraq Ulu öndər Heydər Əliyevin xatirəsini bu cür layihələr, tədbirlər, müsabiqələrlə yad etmək vətəndaşlıq borcumuzdur. Sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar bildirib ki, bu cür layihələrin keçirilməsi gənclərin yaradıcılıq imkanlarının inkişafı üçün mühüb əhəmiyyət kəsb edir.
Ətraflı >
TGT sədri Yusif Şükürov VII Rusiya - Azərbaycan gənclər Forumunda iştirak edib
22 Sentyabr tarixindən başlayaraq Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və idman nazirliyinin dəstəyi ilə VII Rusiya - Azərbaycan gənclər Forumu öz işinə başlayıb. Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Açılış mərasimdə çıxış edən nazir müavini İntiqam Babayev Forumun keçirildiyi 7 il ərzində Rusiya və Azərbaycan gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərin daha çox inkişaf etdiyini bildirib. Nazir müavini vurğulayıb ki, bu forum hər iki ölkə gənclərinin bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmələri üçün çox böyük imkanlar yaradır. İntiqam Babayev çıxışının davamında “İlk dəfə 2012-ci ildə “Yeni nəsil: sərhədsiz məsuliyyət” başlığı altında keçirilən forumun ölkəmizdə gerçəkləşdiyini və əsası dialoq və əməkdaşlıq olan Bəyənnamənin Azərbaycanda qəbul edildiyini bildirib. O, deyib: evindirici hal ondan ibarətdir ki, forumlar daim müxtəlif sahələri əhatə edən mövzular ətrafında gerçəkləşir. Bu isə o dəməkdir ki, forum öz ətrafına fərqli düşüncəli, müxtəlif sahələri ehatə edən gəncləri cəlb edib, onların bacarıq və imkanlarının genişləndirilməsi üçün yeni zəmin yaradır. Ölkə başçıları cənab İlham Əliyev və Vladimir Putin də daim çıxışlarında hər iki ölkənin tarixə sığınan sıx və inkişaf etməkdə olan dostluq münasibətlərini xüsusi olaraq vurğulayırlar.” Nazir müavini çıxışının davamında hər iki ölkə gəncləri arasında əməkdaşlığın, əlaqələrin genişləndirilməsi sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR təşkilatının xüsusi rolu haqqında danışıb və Rusiyanının müxtəlif Universitetlərində təhsil alan gənclərin mütəmadi olaraq Azərbaycana səfərlərinin təşkil edildiyini və bu istiqamətdə böyük addımlar atıldığını diqqətə çatdırıb. Sonda İntiqam Babayev forum iştirakçılarına uğurlar arzulayıb. Qeyd edək ki, Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda "Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-rəsmi təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə sessiyalar təşkil edilib. Bölümlərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin TGT sədri Şükürov Yusif Azər oğlu ,,Gənclərin yaradıcılıq inkişafı üçün beynəlxalq layihələr" mövzusunda çıxış edib.
Ətraflı >
"Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri" adlı tədbir keçiri...
Fransanın Strasburq şəhərində 21-25 yanvar tarixlərində “Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Beynəlxalq Əməkdaşlıq və Donorlarla İş şöbəsində mütəxəssis Elmira Allahverdiyeva, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev iştirak edib. İştirakçılar ilk öncə Avropa Şurasının binasını ziyarət edib və tədbirin ilk günündə Avropa Şurası Parlament Assambleyasının açılış mərasimi baş tutmuşdur. Daha sonra tədbir iştirakçıları Avropa Şurası və Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti haqqında ətraflı məlumatlandırılmış, Avropa Gənclər Mərkəzinin direktoru ilə görüşüb gənclik siyasəti və gənclər mərkəzi barədə geniş müzakirələr aparıblar. Eyni zamanda onlar Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa Parlamentinə səfərlərdə iştirak ediblər. Tədbirin əsas məqsədi iştirakçıları Avropa Şurasının gənclər siyasətindəki yeniliklərlə bağlı məlumatlandırmaq və Azərbaycan Respublikası ilə əlaqələri daha da gücləndirməkdən ibarət olub.
Ətraflı >
Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir həyata keçirilib. Layihə Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Musiqi Kollecində baş tutmaqla, bir neçə təhsil müəssisəsini əhatə edib. Layihənin əsas məqsədi gənc nəslin qidalanma vəziyyətini müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmə xarakterli tədbirlərin təşkilindən ibarətdir. Layihə müddətində təhsil müəssisələrinin müəllim heyəti çıxış edərək tələbələrə gənclik illərində sağlam qidalanmanın mahiyyətindən bəhs edib. Daha sonra tələbələr təlimçinin izahı ilə birlikdə videoçarx izləyib və maraqlı suallar ətrafında müzakirələr edib. Bununla yanaşı tələbələrdən ibarət peşəkar idmançı və məşqçilər də öz növbəsində idmanla məşğul olmağın hər bir insanın fiziki sağlamlığında əhəmiyyətli rolundan bəhs edib.
Ətraflı >
“Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib
“Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib. Layihə Azərbaycanın qəhrəmanlıq səlnaməsinə öz izini qoymuş aprel şəhidlərinin şücaəti və qəhrəmanlığından bəhs edən tamaşadır. Tamaşa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Odlar Yurdu” Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində nümayiş olunub. Tamaşanın məqsədi – gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda vətənə, dövlətə, torpağa bağlılıq hislərini artırmaq, aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliğidir. Tamaşanın rejissoru Respublikanın xalq artisti Vaqif Əsədov, ssenaristi şairə Leyla Bəyimdir.
Ətraflı >
“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri KPMG Azerbaijana olmuşdur
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri dünyanın ən böyük peşəkar xidmətlər şəbəkələrindən biri və Big 4 audit şirkətlərindən olan KPMG Azerbaijana olmuşdur. Səfər zamanı tələbələr şirkətin rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuş, karyerasını audit sahəsi üzrə qurmaq istəyən tələbələr öz suallarını birbaşa məsul şəxslərə ünvanlamışlar. Həmçinin, gənclərə şirkətin əməkdaşları tərəfindən müvafiq sahə üzrə praktiki biliklərin aşılanması məqsədi ilə təqdimat həyata keçirilmişdir. Əgər siz də bu kimi imkanlardan yararlanmaq istəyirsinizsə, bizi izlədəmə qalın! #AzGF #ATGTİ #KPMGAzerbaijan #TeaTalks
Ətraflı >
ATGTİ-nin təşkilatçılığı ilə Gəncə şəhəri və ətraf rayonlar üzrə TGT fəallarının təltifetmə mərasimi...
Mərasimdə 12 təhsil müəssisəsindən fəaliyyət göstərən TGT fəalları iştirak edib. Ümumilikdə, 145 TGT fəalı xidmətlərinə görə ATGTİ-nin sədri tərəfindən diplomlarla təltif edilib. Görüşün əsas məqsədi TGT-lərin fəaliyyətini dəyərləndirmək, onların problemlərini dinləmək və həll yollarını müzakirə etməkdən ibarət olub. Mükafatlandırmadan öncə ATGTİ-nin sədri Faiq Məmmədov tələbələrlə səmimi görüş keçirib. Faiq Məmmədov, tələbələrin suallarını dinləyib və onları cavablardırıb. O, tələbələrə TGT-lərdə göstərdikləri uğurlu fəaliyyətə görə təşəkkür edib və onları bu uğur münasibətilə təbrik edib. Tədbirin sonunda TGT fəalları və ATGTİ kollektivi ilə birgə xatirə şəkli çəkilib.
Ətraflı >
Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə karyera səfəri
Əziz tələbələr, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə oldu. Səfər zamanı tələbələr Mərkəzin bölmələri, peyklərin idarə olunması və ümumilikdə qurumun işi ilə yaxından tanış olmuş, suallarını məsul şəxslərə birbaşa ünvanlamaq imkanı da əldə etmişlər.
Ətraflı >
İlahiyyatçı qəzetində TGT sədri Nicat Hüseynovun Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu...
Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu Azərbaycanda daim multikulturalizm, mədəniyyətlərarası dialoq və tolerant mühit hökm sürüb. Ümumiyyətlə, dünyada özlərinə məxsus milli-mənəvi dəyərləri yaşadan və onu gözbəbəyi kimi qoruyub, gələcək nəsillərə ötürə bilən xalqlar ən yüksək hörmətə layiqdirlər. Azərbaycan müxtəlif dövrlərdə yadellilərin işğalçı yürüşlərinə məruz qalsa da, bu Vətənin övladları hər zaman öz dəyərlərini qorumağı bacarıblar. Azərbaycanın ikinci dəfə müstəqillik qazandığı ilk dönəmlərə nəzər saldığımız zaman multikultural dəyərlərə ümummilli lider Heydər Əliyev kimi xüsusi önəm verən dahi şəxsiyyətə rast gəlirik. Bu görkəmli dövlət xadimi Azərbaycanda sabitliyin təmin olunması, həmrəyliyin qorunması ilə yanaşı, multikulturalizmin inkişafında və genişləndirilməsində, eləcə də sivilizasiyalararası dialoqun təşkil edilməsində, tolerant mühitin formalaşdırılmasında müstəsna xidmətlərə imza ataraq böyük töhfələr verib. Bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsi də diqqətdən kənarda qalmayıb, mənəvi dəyərlər dünya səviyyəsində tanıtdırılıb. Ümummilli lider hesab edirdi ki, vətənə sədaqət nümayiş etdirmək, milli-mənəvi dəyərlərə sadiq olmaq hər bir vətəndaşın borcudur. Ulu Öndər qədim tarixə malik olan mədəni irsimizin bütün azərbaycanlılar tərəfindən qorunması zəruriliyinin tərəfdarı olub. Azərbaycanın mədəniyyət və incəsənət sahəsi Heydər Əliyevin xüsusi diqqət və qayğısından əsla kənarda qalmayıb, həmçinin gənclərin vətənpərvər ruhda böyüməsindən ötrü onların milli-mənəvi dəyərlərimizi bilmələri və qorumalarının vacibliyini vurğulayıb. Bildiyimiz kimi, ölkəmiz uzun müddət ərzində ateizm ideologiyasının əsaslarını rəhbər tutan totalitar rejim tərəfindən idarə edilib. Xalqımızı qədim tarixi bağlarla bağlı olduğu İslam dinindən ayrı salmağa çalışıblar. Müstəqillik əldə edildikdən sonra, xalqımız öz dini inanclarına qayıtmağa başladı. Sovet dövründə dinini, məzhəbini belə dilinə gətirməyənlər, yaxud qadağalara əməl etməyə məcbur edilənlər demokratik əsaslarla qurulan dövlətdə yaşamanın imkanlarından yararlanmağa başladılar. Vətəndaşların hüquq və azadlıqları, eləcə də dini etiqadlarını rahat şəkildə ifadə edə bilmə imkanları dövlətimiz tərəfindən qəbul edilən qərarlarla həyata keçirilməyə başlandı. Azərbaycan Respublikasının Konstitusiyasında "dini etiqad azadlığı"nın müəyyən edilməsi, həmçinin "Dini etiqad azadlığı" haqqında Qanunun qəbul edilməsi buna əyani sübutdur. Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda yeni məscidlər tikildi, ziyarətgah və dini məbədlər əsaslı şəkildə təmir-bərpa edildi, abadlaşdırıldı. Azərbaycanda müstəqillikdən öncə 17 məscid mövcud olduğu halda, onların sayı 1236-ya çatdırıldı. Heydər Əliyev 1997-ci ildə Bibiheybət məscidinin bərpasına başlanması mərasimindəki çıxışında da müstəqilliyimizin qorunub-saxlanmasında milli-mənəvi dəyərlərimizin xüsusi rolunun olduğunu vurğulamışdır: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, qorunub saxlanmasında, Azərbaycanın başına gələn bəlaların aradan götürülməsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün apardığımız işlərdə, bütün başqa işlərdə bizim milli-mənəvi dəyərlərimiz – Azərbaycan xalqının milli-mənəvi dəyərləri, Azərbaycan xalqının mənsub olduğu İslam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq və ilham mənbəyi olmuş, bizə həmişə güc vermişdir”. O, Azərbaycanın gələcək strategiyasının inkişaf etdirilməsində mənəvi mənbələrdən yararlanmağın xüsusi önəminin olduğundan bəhs edir, bu işdə İslam dinini də əhəmiyyətli rolunu vacib hesab edirdi. Ümummilli Lider bu səbəbdən tez-tez dindarlarla görüşlər keçirir, onların fikirlərinə ciddi şəkildə önəm verir, müxtəlif dini bayram və matəm mərasimlərində məscidlərə gedir, dindar insanlar qarşısında çıxışlar edərək, həm sevincli, həm də hüznlü anlarını bölüşürdü. Ulu Öndər İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu günü münasibətilə Təzəpir məscidində keçirilən bayram tədbirində iştirak edərkən bunları söyləyib: “Bizim bu ədalətli mübarizəmizdə, torpaqlarımızın müdafiəsində Allah bizə həmişə yardımçı olacaqdır. Ulu peyğəmbərimiz Məhəmməd əleyhissalamın qoyduğu yol, Qurani-Kərimin göstərişləri bizi qələbəyə aparacaq, xalqımızı birləşdirəcək və biz düşmənləri məğlub edəcəyik”. Ümummilli lider Heydər Əliyev İslam dininin mənsublarına göstərdiyi qayğı və diqqəti ölkəmizdə yaşayan digər dinlərin mənsublarından da əsirgəməyib. O, öz düşüncələri və əməlləri ilə ölkəmizdə tolerant mühiti formalaşdırıb ki, bu da bütün vətəndaşlar üçün örnək rolunu oynayır. Ulu öndər digər din nümayəndələrinə qarşı yüksək dini dözümlülük nümayiş etdirməklə yanaşı, onları da heç vaxt diqqətdən kənarda saxlamayıb, arzu və istəklərini həyata keçirib, problemləri ilə yerindəcə tanış olmaqdan ötrü tez-tez ölkəmizdə fəaliyyət göstərən kilsə və sinaqoqlarda olub. Eləcə də görkəmli dövlət xadiminin onların dini məbədlərini bərpa etdirmək təşəbbüsünün bütün dünyaya nümunə olması danılmaz reallıqdır. Tez-tez dinin insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etdiyini vurğulayan Heydər Əliyev Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşdəki söhbətində dinin ekstremizmlə heç bir bağlılığının olmadığını vurğulayarkən deyib: “Şübhəsiz ki, hər bir xalqın içərisində, hər bir ölkədə quldurlar, terrorçular, cinayətkarlar, ekstremistlər var. Ancaq bunun xalqların dini kökləri, yaxud onların dini prinsipləri ilə heç bir əlaqəsi yoxdur”. Prezident İlham Əliyev haqqında danışarkən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini verən Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdəki prinsiplərini layiqincə davam etdirən Prezident İlham Əliyev multikultural dəyərləri və tolerantlıq siyasətini də diqqətdən kənarda saxlamamış, üstəlik, bu siyasəti Azərbaycan dövlətinin qarşıda duran ən prioritet məsələlərindən biri halına gətirib. Hər zaman etnik-mədəni prosesləri yaxından izləyib, onlara özlərinin layiq olduqları həddə dəyər verib. Tolerant mühitin inkişaf etdirilməsinə yalnız çıxışlarında toxunmaqla kifayətlənməyərək, bunu özünün əməli fəaliyyətində də dəfələrlə nümayiş etdirib. Cənab prezident 2017-ci ildə BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında Azərbaycanın multikultural həqiqətlərini bəyan etdi, Ermənistanın vandalizm siyasətini bir daha ifşa etdi. Dünya ictimaiyyətinin diqqətini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə yönəldərək, ermənilərin Azərbaycan mədəniyyətinə qarşı törətdiyi vəhşilikləri dilə gətirdi: “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir”. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində göstərilir ki, Azərbaycan Dövləti demokratik, hüquqi, dünyəvi respublikadır. Azərbaycan məhz bu prinsipləri əsas götürərək, ölkə ərazisində mövcud olan etnik-mədəni müxtəliflikləri tənzimləyir, onların inkişaf proseslərinə də məhz bu kontekstdən yanaşır. Respublikanın sərhədləri daxilində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan tolerant mühitin daha da genişlənib inkişaf etdirilməsindən ötrü davamlı şəkildə işlər görülür, bu yolda onun düşüncələri və tövsiyyələri daim diqqət mərkəzində saxlanılır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan və onun əhalisi dünya ictimaiyyəti tərəfindən humanist, dözümlü, tolerant xalq kimi tanınır. Multikultural dəyərlərin yaşadılması sayəsində ölkəmiz daha da inkişaf edəcək və bütün dünya xalqları Azərbaycanı hər zaman nümunə kimi görəcəklər. Nicat Hüseynov - I kurs tələbəsi, Azərbaycan İlahiyyat İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri
Ətraflı >
“Tələbə Sual Verir” layihəsinə start verildi
Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür. Bu tədbirlər sırasında Nazirlər Kabinetinin 19 May tarixli Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə müvafiq qərarı da yer alıb. Qeyd olunan qərarla, bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, ATGTİ "Tələbə Sual Verir" layihəsinə start vermişdir. Layihə çərçivəsində tələbələrdən daxil olan suallar ünumiləşdirilərək Təhsil Nazirliyi ilə əlaqələndirmə çərçivəsində cavablandırılır və qısa məlumatlandırıcı video çarxlar formatında təqdim olunur. Məlumatlandırıcı videolarla ATGTİ-nin sosial mediya hesabları vasitəsilə tanış ola bilərsiz: İnstagram : https://www.instagram.com/atgti_asyou/ Facebook : https://www.facebook.com/atgti/
Ətraflı >
“Bayraqdar İntellektual oyunu” keçirilib
8 noyabr tarixində Gənclər və İdman Nazirliyi və ATGTİ-nin təşkilatçılığı, Park Bulvar Bakunun tərəfdaşlığı ilə Bayraq gününə həsr edilmiş “Bayraqdar İntellektual oyunu” keçirilib. Layihə Park Bulvar ticarət mərkəzində hər birində 5 nəfər olmaqla 5 komandanın iştirakı ilə baş tutub. Layihəyə əsasən Park Bulvarda qabaqcadan müəyyənləşdirilmiş mağazalarda 5 koordinator komandalara suallar vermək üçün yerləşdirilib. Hər komanda suallara cavab verəcəyi məkanın adını da ilkin mərhələdə suala cavab verməklə müəyyənləşdirib. Daha sonra, suallara cavab vermək üçün məkanlara yollanan komanda iştirakçıları 5 sualdan minimum 3-nə cavab verməklə bayraq udublar. Yekunda ən çox bayraq toplayan və məkana tez çatan komanda qalib elan edilib. İntellektual oyunun sualları layihənin adına uyğun olaraq bayrağımızla bağlı olmaqla, xüsusilə bayrağımızın müxtəlif tarixi mərhələlərdəki statusundan, quruluşundan, haqqında verilən qərarlardan bəhs edib.
Ətraflı >
Türkiyənin rəsmi nümayəndələri ATGTİ-nin qonağı olub
17 sentyabr 2018-ci il tarixində Qafqaz İslam Ordusu hərəkatının 100-cü il dönümü münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Qazilər Müharib Dərnəyinin, həmçinin Türkiyə Əməkli Subaylar Dərnəyinin üzvləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qonağı olub. Görüşdə ilk olaraq ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək Türkiyənin rəsmi nümayəndələrini, eləcə də tələbələri salamladı. Ardınca Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Qafqaz İslam Ordusunun Azərbaycan-Türkiyə münasibətlərinin tarixində əhəmiyyətli rola malik olduğunu qeyd edərək tədbirin mahu söz açıb. O, Bakının işğaldan azad olunması üçün türk millətinin övladları çiyin çiyinə birlikdə mücadələ edərək bizim üçün bir örnək olduqlarını da qeyd edib. Daha sonra Anadolu Aydınlar Ocağı sədri prof. dr. İbrahim Öztək Azərbaycan–Türkiyə münasibətlərindən, Azərbaycan əsgərlərinin Çanaqqala müharibəsində göstərdiyi əzmkarlıqdan bəhs etdi. Prof. dr. İbrahim Öztək Azərbaycan və Türkiyə arasında uzun illər idman, mədəni, tarixi, sosial, siyasi və strateji sahələrində olan işləriylə bağlı Azərbaycan tərəfindən fədai ordeninə layiq görüldüyünü və bu ordeni alarkən hiss etdiyi xoşbəxtlik, şərəf və qüruru tələbələrə bildirdi. O, Şahin İsmayılova öz yazdığı Qarabağa aid kitabı təqdim etdi. Tədbirdə qonaqlar gənclərin suallarını cavablandırdı. Sonda onlarla birgə xatirə şəkli çəkdirildi.
Ətraflı >
Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb
Oktyabrın 2-də Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və ölkəmizin qərb bölgəsində yerləşən 12 rayonun 300-ə yaxın ən fəal gənci iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, ilk toplantının mövzusu Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi olduğunu qeyd edib. Vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi xalqa, vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik, üçüncüsü praktiki hərəkət olduğunu da bildirib. Daha sonra nazir çıxışında nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçirdiyi layihələrdən söz açıb. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəncləri salamlayıb, forum iştirakçılarına öz təbriklərini çatdırıb. Bildirilib ki, dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Müasir gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinin vacib amillərdən olduğunu deyən icra hakimiyyətinin başçısı gənclərə dövlətçilik ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək dövlət gənclər siyasətindən, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olduğundan danışıb, son illərdə Azərbaycan gəncliyinin qazandığı uğurları qeyd edib. Rəsmi hissədən sonra gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri Gəncə Dövlət Filarmoniyasında təşkil olunmuş sərgi ilə ilə tanış olublar. Filarmoniyanın foyesində təşkil olunmuş sərgidə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatları öz nailiyyətlərini nümayiş etdiriblə
Ətraflı >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbay...
Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.
Ətraflı >
Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, həmçinin, BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Konfrans zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. Faiq Məmmədov BANM tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq BANM TGT-nin sabiq sədri Kənan Sadıqov təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. O, fəaliyyəti dövründə görülən işlər, sosial-mədəni tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra BANM TGT-nin yeni sədri - Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə çıxış edərək gənclərin maarifləndirilməsinə, şəxsi inkişafa dəstək verəcək tədbirlərin, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. O, tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsinə dair söz verib.
Ətraflı >