TƏDBİRLƏR
Azərbaycan Dillər Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdimatı keçir...
Təqdimatda ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova və Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva iştirak edib. İlk öncə ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev ATGTİ-nin fəaliyyətindən, həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edib. Tələbələrin sosial aktivliyinin əhəmiyyətini vurğulayan Hüseyn Babayev bildirib ki, təhsillə yanaşı gənclər müxtəlif layihələrdə iştirak edərək, könüllülük proqramlarına qoşularaq karyeralarında ilk addımlarını ata bilərlər. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva çıxış edərək kartın gənclərə yaratdığı endirim fürsətləri ilə bağlı məlumat verib. Kartın əldə edilməsi haqqında tələbələri təlimatlandıran Xanım Paşayeva, bununla yanaşı mobil tətbiqetməni istifadə etmənin üstünlüklərindən də söz açdı. Həmçinin, Tələbə Gənclər Təşkilatının sədr müavini Hüseyn Etibaroğlu tələbələri salamlayıb və TGT haqqında ətraflı məlumat verib. Daha sonra təşkilatın sədri Günay Səmədova çıxış edərək ADU TGT-nin tarixindən, tələbəlik illərini səmərəli keçirməkdə TGT-nin rolundan bəhs edib. Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının icraçı direktoru Lamiyə Əhmədzadə çıxış edərək TGT-nin strukturundan, departamentlərdən və onların fəaliyyətləri dövründə keçirtdikləri tədbirlərdən danışıb. Təqdimat TGT-nin keçirtdiyi tədbirlərdən olan video-roliklərin nümayişi ilə davam etdirilib.
Ətraflı >
"Bakı - 2019" Tələbələrin Bilik Olimpiadasına start verilir!
Əziz tələbələr, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, ATGTİ-nin təşkilatçılığı ilə "Bakı - 2019" Tələbələrin Bilik Olimpiadasına start verilir! Olimpiada 7 istiqamət üzrə təşkil ediləcək. İstiqamətlərə müvafiq olaraq İngilis dili, Tarix, Coğrafiya, Fizika, İlkin tibbi yardım, Psixologiya və Ədəbiyyat aiddir. Hər istiqamət üzrə təşkil ediləcək olimpiadada 100 nəfər iştirak edəcək və ilk üç yerin qalibi diplomla mükafatlandırılacaq. Hər bir sahə 50 sualdan ibarət olacaq. Əgər biliyinizə güvənirsinizsə, qeydiyyatdan keçin və müsabiqəyə qoşulun. Qeydiyyat linki: https://docs.google.com/forms/d/1hL7adv11AOHc5kwDs4Mx8fhjpFiIn70BakLFofAfRrM/edit?ts=5dfa2765 Qeyd: Olimpiadanın keçiriləcəyi məkan və tarix barədə əvvəlcədən iştirakçılara məlumat veriləcək.
Ətraflı >
ATGTİ TV-də Youtube vakansiyası üzrə qeydiyyat elan edilir.
Özünə inamın və kreativ ideyaların varsa bizə qoşul. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında Youtube vakansiyası üzrə könüllü qəbuluna başlanıldı. Qeydiyyatdan keçərək Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan ATGTİ-də fəaliyyət göstərmə fürsətini əldə et. Son müraciət tarixi: 16.12.2018 Qeyd edək ki, ATGTİ daxilində fəaliyyət könüllü əsaslarla həyata keçirilir.
Ətraflı >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "BMT-i Öyrənərək Kəşf Et!" adlı layihəyə start veril...
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının İttifaqının təşkilatçılığı ilə "BMT-i Öyrənərək Kəşf Et!" adlı layihəyə start verilir. Beynəlxalq münasibətlərə, siyasi sistemə və BMT-in fəaliyyətinə xüsusi marağı olan gənclər üçün BMT kimi universal bir təşkilatın nümayəndələri ilə görüşmək şansı qazandırılır. ATGTİ tələbə-gəncləri universal təşkilat olan Birləşmiş Millətlər Təşkilatı üzrə gənc mütəxəssis olmağa dəvət edir. Layihəyə iştirakçı olaraq qoşulmaq üçün ilk növbədə müraciət formasınını doldurmaq vacibdir. Uyğun kriteriyalara cavab verən tələbə-gənclər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla keçən tələbələr layihədə iştirak etmək şansı əldə edəcəklər. Layihəyə maksimum 40 iştirakçı seçiləcək. Layihə bitdikdən sonra verilən məlumatlara əsasən imtahan təşkil olunacaq. İmtahanı müvəfəqiyyətlə verən tələbələr xüsusi mükafatlarla təltif olunacaqlar. (Misal: Layihəyə tərəfdaş olan qurumlarda təcrübə keçmək imkanı və digər xüsusi fürsətlər) QEYD: Layihəyə iştirakçı olaraq seçilmək üçün Azərbaycan və İngilis dillərini bilmək şərtdir. Seçim prosesində dil biliklərinə üstünlük veriləcək. Son müraciət tarixi: 13 Dekabr. Qeydiyyatdan burada keçə bilərsiniz.
Ətraflı >
6-10 İyun tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Sloveniyaya işgüzar səfər edib
6-10 İyun tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının Baş Assambleyası və İdarə Heyətinin iclasında iştirak edib. İclasda Azərbaycan Tələbə Kartı ilə bağlı görülmüş işlər haqqında məlumatlar təqdim edilib və Avropa Gənclər Kartı Assosiasiyasının növbəti fəaliyyət müddəti üçün strateji plan müzakirə edilərək təsdiq edilib. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının 6.7.1. bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulmuşdur.
Ətraflı >
Azərbaycan Respublikasının Gənclər Fondu ilə TGT sədrlərinin görüş keçirilib
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu ilə Tələbə Gənclər Təşkilatlarının sədrlərinin görüşü baş tutub. “Tələbə gənclər təşkilatları ilə görüş, uğurlar, naliyyətlər və fəaliyyət planları” adı ilə həyata keçirilən görüşdə Milli Məclisin deputatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib. Tədbir Fərid Cəfərovun çıxışı ilə başlayıb. O, fondun fəaliyyəti və səlahiyyətlərin genişlənməsi haqqında danışıb. Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2018-ci il tarixli Fərmanına əsasən sosial müdafiəyə ehtiyacı olan xüsusi istedadlı gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı layihə barəsində məlumat verib. Şahin İsmayılov çıxış edərək TGT-lərin fəaliyyəti barəsində fondu məlumatlandırıb. Görüşdə Tələbə Gənclər Təşkilatlarının fəaliyyəti və yaranan problemlər barəsində də danışıq aparılıb. Görüşün keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərin fəaliyyəti, qarşıya çıxan problemləri və onların gələcəkdə həyata keçirmək istədikləri layihələr ilə yaxından tanış olmaq və onları Gənclər Fondu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyə dəvət etməkdən ibarətdir olmuşdur.
Ətraflı >
ATGTİ-nin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrində kütl...
ATGTİ-nin təşəbbüsü, TGT-lərin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq 70-ə yaxın ali və orta ixtisas təhsil müəssisələrində universitetə yeni daxil olmuş tələbələr üçün kütləvi məlumatlandırma günləri keçirilib. Müxtəlif regionlarda 13-27 sentyabr tarixlərində keçirilən məlumatlandırma günlərində 3000-dən çox tələbə ali təhsil alacaqları müəssisə, onun tələbə-müəllim heyəti, tələbə təşkilatları, tədris sistemi ilə yaxından tanış olublar. Məlumat üçün bildirək ki, dünyanın bir çox təhsil ocaqlarında ənənəvi olaraq keçirilən məlumat xarakterli görüşlər Azərbaycanda ilk dəfə olaraq bu qədər tələbə kütləsini əhatə etməklə 3000-dən çox tələbənin təhsil alacağı müəssisə haqqında ətraflı məlumat almasına səbəb olub. Onu da qeyd edək ki, Azərbaycanda keçirilən məlumatlandırma günləri ərzində bir çox təhsil ocağlarında hətta tələbələrin əylənməsi və səmimi mühitə alışması üçün müxtəlif formatlı idman yarışları keçirilib, rəqs təşkil edilib və bəzi fəal tələbələr mükafatlandırılıb.
Ətraflı >
ATGTİ-nin təşkilatçılığı ilə Gəncə şəhəri və ətraf rayonlar üzrə TGT fəallarının təltifetmə mərasimi...
Mərasimdə 12 təhsil müəssisəsindən fəaliyyət göstərən TGT fəalları iştirak edib. Ümumilikdə, 145 TGT fəalı xidmətlərinə görə ATGTİ-nin sədri tərəfindən diplomlarla təltif edilib. Görüşün əsas məqsədi TGT-lərin fəaliyyətini dəyərləndirmək, onların problemlərini dinləmək və həll yollarını müzakirə etməkdən ibarət olub. Mükafatlandırmadan öncə ATGTİ-nin sədri Faiq Məmmədov tələbələrlə səmimi görüş keçirib. Faiq Məmmədov, tələbələrin suallarını dinləyib və onları cavablardırıb. O, tələbələrə TGT-lərdə göstərdikləri uğurlu fəaliyyətə görə təşəkkür edib və onları bu uğur münasibətilə təbrik edib. Tədbirin sonunda TGT fəalları və ATGTİ kollektivi ilə birgə xatirə şəkli çəkilib.
Ətraflı >
“Hərbi Qənimətlər Parkı”na səfər
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hərbi Qənimətlər Parkı”na səfər təşkil olunmuşdur.Səfər zamanı SDU-nun baş müəllimi, polkovnik-leytenant Tapdıq Hacıyevin bələdçiliyi ilə #tələbələrimİZ parkdakı eksponatlarla tanış olmuş və ətraflı məlumat əldə etmişlər.
Ətraflı >
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının da iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən alınan bütün zəruri qərarlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkatları və gənclər təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib. Belə ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi və “Gənc Könüllülər” Hərəkatının təmsilçiləri könüllü təşkilatlarının koronavirusla (COVID-19) mübarizədə rolunu vacib tutublar. Onlar ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı təcrid addımlarını yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu pandemiya ilə mübarizədə gənclərin də iştirakına zəmin yaradırlar. Qeyd edək ki, müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir. Bu istiqamətdə ATGTİ tələbələrin və gənclərin bu pandemiya ilə mübarizədə lazımi məlumatlara yiyələnmələri və karantin müddətində təhsildən geri qalmamaları istiqamətində zəruri irimiqyaslı təbdirlər həyata keçirir. Tədbirlərin səmərəliliyin artırılması və miqyasın genişləndirilməsi baxımından bu fəaliyyətlərin əlaqələndirilməsi zərurəti yaranıb. Yeni yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin prioritet vəzifəsi bu sahədə dövlət tərəfindən görülən işlərə töhfə vermək üçün gənclər təşkilatları və könüllü hərəkatları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə ilk növbədə təşkilatlararası iş bölgüsünün müəyyən edilməsi, könüllülərin iştirakı ilə əhalinin həssas qrupları haqqında zəruri məlumatların toplanması, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsidir. Bu istiqamətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı müxtəlif kommunikasiya vasitələri və məhsullarının (sosial çarxlar) köməyi ilə ictimai maarifləndirmə işinin həyata keçirilməsi, könüllü təşkilatlarının fəaliyyətinin müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi həyata keçiriləcək.
Ətraflı >
ATGTİ sədri Faiq Məmmədov Belçikanın Brüssel şəhərində işgüzar səfərdə olub
15-18 noyabr tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belçikanın Brüssel şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının İdarə Heyətinin iclasında iştirak edib. İclasda Azərbaycan Tələbə Kartı ilə bağlı görülmüş işlər məruzə edilib və Avropa Gənclər Kartı Assosiasiyasının növbəti fəaliyyət müddəti üçün strateji plan müzakirə edilib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində 200-dən çox, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq müəssisədən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir. Məlumat üçün bildirək ki, Azərbaycan Tələbə kartının əməkdaşlıq etdiyi Avropa Gənclər Kartı Assosiasiyası 1991-ci ildə gənclərin Gənclər Kartından istifadəsini sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş imzalamış, 1995-ci ildən isə Avropa Komissiyası müvafiq prosesi dəstəkləməyə başlamışdır. Onu da qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin ən gənc və ilk Azərbaycanlı üzvüdür.
Ətraflı >
“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri KPMG Azerbaijana olmuşdur
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri dünyanın ən böyük peşəkar xidmətlər şəbəkələrindən biri və Big 4 audit şirkətlərindən olan KPMG Azerbaijana olmuşdur. Səfər zamanı tələbələr şirkətin rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuş, karyerasını audit sahəsi üzrə qurmaq istəyən tələbələr öz suallarını birbaşa məsul şəxslərə ünvanlamışlar. Həmçinin, gənclərə şirkətin əməkdaşları tərəfindən müvafiq sahə üzrə praktiki biliklərin aşılanması məqsədi ilə təqdimat həyata keçirilmişdir. Əgər siz də bu kimi imkanlardan yararlanmaq istəyirsinizsə, bizi izlədəmə qalın! #AzGF #ATGTİ #KPMGAzerbaijan #TeaTalks
Ətraflı >
“Bayraqdar İntellektual oyunu” keçirilib
8 noyabr tarixində Gənclər və İdman Nazirliyi və ATGTİ-nin təşkilatçılığı, Park Bulvar Bakunun tərəfdaşlığı ilə Bayraq gününə həsr edilmiş “Bayraqdar İntellektual oyunu” keçirilib. Layihə Park Bulvar ticarət mərkəzində hər birində 5 nəfər olmaqla 5 komandanın iştirakı ilə baş tutub. Layihəyə əsasən Park Bulvarda qabaqcadan müəyyənləşdirilmiş mağazalarda 5 koordinator komandalara suallar vermək üçün yerləşdirilib. Hər komanda suallara cavab verəcəyi məkanın adını da ilkin mərhələdə suala cavab verməklə müəyyənləşdirib. Daha sonra, suallara cavab vermək üçün məkanlara yollanan komanda iştirakçıları 5 sualdan minimum 3-nə cavab verməklə bayraq udublar. Yekunda ən çox bayraq toplayan və məkana tez çatan komanda qalib elan edilib. İntellektual oyunun sualları layihənin adına uyğun olaraq bayrağımızla bağlı olmaqla, xüsusilə bayrağımızın müxtəlif tarixi mərhələlərdəki statusundan, quruluşundan, haqqında verilən qərarlardan bəhs edib.
Ətraflı >
"Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri" adlı tədbir keçiri...
Fransanın Strasburq şəhərində 21-25 yanvar tarixlərində “Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Beynəlxalq Əməkdaşlıq və Donorlarla İş şöbəsində mütəxəssis Elmira Allahverdiyeva, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev iştirak edib. İştirakçılar ilk öncə Avropa Şurasının binasını ziyarət edib və tədbirin ilk günündə Avropa Şurası Parlament Assambleyasının açılış mərasimi baş tutmuşdur. Daha sonra tədbir iştirakçıları Avropa Şurası və Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti haqqında ətraflı məlumatlandırılmış, Avropa Gənclər Mərkəzinin direktoru ilə görüşüb gənclik siyasəti və gənclər mərkəzi barədə geniş müzakirələr aparıblar. Eyni zamanda onlar Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa Parlamentinə səfərlərdə iştirak ediblər. Tədbirin əsas məqsədi iştirakçıları Avropa Şurasının gənclər siyasətindəki yeniliklərlə bağlı məlumatlandırmaq və Azərbaycan Respublikası ilə əlaqələri daha da gücləndirməkdən ibarət olub.
Ətraflı >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəh...
Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.
Ətraflı >