TƏDBİRLƏR
"MÜƏLLİMLƏR ARASINDA İXTİSAS OLİMPİADASI"- NA START VERİLDİ!
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, YAP-ın Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin və “LİBRA” kitab evinin baş spsoroluğu ilə respublikada ilk dəfə keçiriləcək “Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir. Pedaqoji ixtisas üzrə təhsil alan III və IV kurs tələbələri, hazırda daimi və müqavilə işləyən müəllimlər, pedaoji ixtisas olub işləməyən bütün şəxslər burada iştirak edə bilər. Olimpiadanın məqsədi bu yöndə təhsil alan III və IV kurs tələbələrinə, hazırda fəaliyyət göstərən 29 yaşadək işləyən müəllimlərin stimullaşdırlmasına, onların gələcək nəsillərə ötürüləcək ali peşəyə olan marağın daha da yüksəldilməsinə, gənclərin asudə vaxtının intellekt yönündə yüksəldilməsinə, sağlam gəncliyə dəstək olmaqdan ibarətdir. Olimpiada iki mərhələdə keçiriləcək. Respublikamızı əhatə edəcək layihədə müəllimlər Bakıda 3, Sumqayıtda 1, Lənkəran və Gəncə şəhələrində 1 olimpiada məntəqəsində öz biliklərini sınayacaqlar. 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500 nəfərə qədər şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə BAKU ELEKTRONİKS-dən noutbuklar, smartfonlar, planşetlər, ən yüksək nəticə göstərən şəxsə isə İtaliyaya iki nəfərlik səyahət bileti, İydə parfurmeriyadan brend ətirlər, Nəşriyyatlarımızdan qiymətli kitablar, Nizami kino Mərkəzindən 30 nəfərə ən baxımlı filmlərə biletlər, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə Şam yeməyi hədiyyə olunacaq. Digər sponsorlardan isə endirim kuponları və digər hədiyyələr qazanacaqlar. Layihədən qeydiyyatdan aşağıdakı linkdən istifadə edə bilərsiniz. https://bit.ly/2o71nmy SƏN DƏ İXTİSAS OLMPİADASINA QOŞUL, BİLİYİNİ HAMIYA SÜBÜT ET!!! Ətraflı məlumat üçün: 📱 +994774970081 📱+994518618346 📱+994553338353 ✉ [email protected] 📍 Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6
Ətraflı >
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb. Müraciətdə komitə Avropada yaşayan həmvətənlilərimizə çağırış edərək, “ÜMUMAVROPA QARABAĞ MİTİNQ”-ində iştirak etməyin vacibliyindən bəhs etməklə, mitinqin əhəmiyyətini xüsusi vurğulamışdır. Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciətini olduğu kimi sizə təqdim edirik: Əziz həmvətənlər, dəyərli soydaşlar! Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və bərabərlik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim fəallıq göstərərək Azərbaycanı narahat edən problemlərə biganə qalmayıblar. Hər birimizə məlum olduğu kimi, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevral tarixində yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!” “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər. Əziz soydaşlarımız, Sizləri mitinqdə fəal olmağa, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak etməyə çağırırıq. Dəyərli həmvətənlərimiz, bu həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur. QEYD: Mitinqin təşkil ediləcəyi məkan haqqında ətraflı məlumatı buradan əldə bilərsiniz.
Ətraflı >
Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə karyera səfəri
Əziz tələbələr, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə oldu. Səfər zamanı tələbələr Mərkəzin bölmələri, peyklərin idarə olunması və ümumilikdə qurumun işi ilə yaxından tanış olmuş, suallarını məsul şəxslərə birbaşa ünvanlamaq imkanı da əldə etmişlər.
Ətraflı >
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Tələbə Gənclər Təşkilat...
Konfransda qonaq qismində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Sədri Faiq Məmmədov və katiblik nümayəndələri iştirak edib. İlk öncə qonaqlar təşkilatın və TGT nəzdində fəaliyyət göstərən musiqi klubunun otağının şəraiti ilə tanış olublar və TGT Sədri Aydan Höccətova tərəfindən burada yeni ildən icra ediləcək dəyişikliklər haqqında məlumat verilib. Sonra konfrans açıq elan edilib və ilk çıxış üçün söz Universitetin Təhsildən kənar və təlim-tərbiyyə işləri üzrə departamentin rəhbəri Leyla Əhmədzadəyə verilib. Konfrans keçmiş TGT Sədri Yusif Şükürov və hazırkı TGT Sədri Höccətova Aydanın hesabat xarakterli çıxışları və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Sədri Faiq Məmmədovun nitqi ilə davam edib. Sonda “İlin qrup nümayəndəsi” nominasiyası üzrə 5 qrup nümayəndəsi və TGT-nin həyatında göstərdikləri uğurlu fəaliyyətə görə 8 tələbə diplomla təltif olunub. Konfrans xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Ətraflı >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbay...
Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.
Ətraflı >
“XII Liderlik Məktəbi”nin 2-ci günü uğurla baş tutub
Ətraflı >
“XII Liderlik Məktəbi”nin 3-cü günü başa çatıb
Ətraflı >
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Gənclər Fondu...
Bakı Konqres Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanma mərasimi və Gənclər və Gənclər Təşkilatlarının vətənpərvərliyin təşviq və təbliğ edilməsi prosesidəki vəzifələri mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov da iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himniylə başlayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib. Mərasimdə bildirilib ki, imzalanan Anlaşma Memorandumu tədbirlərin daha kütləvi, fərqli forma və məzmunda keçirilməsi istiqamətində yeni bir platformadır. Əminlik ifadə olunub ki, bu Memorandum həm də iki qurum arasında qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı əməkdaşlığın qurulması üçün möhkəm təməl olacaqdır. Daha sonra tərəflər arasında Memorandum imzalanıb. Anlaşma Memorandumuna əsasən 2019-cu il ərzində “Vətənin müdafiəsinə hazıram!” devizi altında müxtəlif formatlarda keçiriləcək maarifləndirmə xarakterli silsilə tədbirlərin planı hazırlanıb. Gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılması planlaşdırılan tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm veriləcək. ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrdə vətənpərvərlik hissinin aşılanması məqsəd ilə İttifaqın bir sıra tədbirlər, layihələr etdiyini bildirib.O, “Yaşayan Tarix” -in bu layihələrdən biri olduğunu və layihə çərçivəsində 260-a yaxın veteranın xatirəsi üç cildlik diskdə əks olunduğunu bildirdi. Faiq Məmmədov qeyd edib ki, bizim tələbə təşkilatları ilə iş müddətində müşahidəmizə görə Azərbaycan tələbələri heç nədən asılı olmayaraq hər zaman öz dövlətlərinin, öz ölkəsinin və öz xalqının keşiyində durmağa hazırdır. Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova və başqaları da tədbirdə çıxış edərək ölkəmizdə gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişməsi istiqamətində görülən işlərdən danışıb, bu baxımdan anlaşma memorandumunun imzalanmasının əhəmiyyətini vurğulayıblar.
Ətraflı >
ATGTİ-nin katiblik üzvü "Dünya Gənclər Forumu"nda iştirak edib
Misir Ərəb Respublikasının Şarm-El-Şeyx şəhərində Dünya Gənclər Forumu keçirilib. Forumda Azəbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Korporativ əlaqələr üzrə meneceri Fərhad Sayidov iştirak edib. Qeyd edək ki, Dünya Gənclər Forumu perspektivli gənclərin qurduğu bir platformadır. Bütün dünyaya sülh, firavanlıq, harmoniya və tərəqqi mesajı göndərir. Dünya Gənclər Forumu, müzakirələri üç yola açır: 1. Sülh; 2. İnkişaf; 3. Yaradıcılıq. Bu istiqamətlərin timsalında beynəlxalq gəncləri maraqlandıran müxtəlif mövzular müzakirə olunur, iclaslarda fikirlərini ifadə etmək, təqdim etmək və təcrübələrini bölüşmək üçün gənclərə bir platforma yaradılır.
Ətraflı >
Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib
30 may 2019-cu il tarixində ADPU Şamaxı filialında ATGTİ sədri və katiblik nümayəndələrinin iştirakı ilə Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib. Təhsil aldıqları müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdikləri uğurlu fəaliyyətə görə 100 nəfər TGT fəalı diplomla mükafatlandırılıb. Bununla yanaşı onların problem və qayğıları dinlənilib, bəzi problemləri yerindəcə həll olunub. Daha sonra TGT sədrlərinin bir-birini yaxından tanıması, TGT sədrləri və İttifaq nümayəndələri arasında səmimi əlaqələrin yaranması məqəsədilə sədrlər birgə nahar edib.
Ətraflı >
TGT sədri Yusif Şükürov VII Rusiya - Azərbaycan gənclər Forumunda iştirak edib
22 Sentyabr tarixindən başlayaraq Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və idman nazirliyinin dəstəyi ilə VII Rusiya - Azərbaycan gənclər Forumu öz işinə başlayıb. Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Açılış mərasimdə çıxış edən nazir müavini İntiqam Babayev Forumun keçirildiyi 7 il ərzində Rusiya və Azərbaycan gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərin daha çox inkişaf etdiyini bildirib. Nazir müavini vurğulayıb ki, bu forum hər iki ölkə gənclərinin bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmələri üçün çox böyük imkanlar yaradır. İntiqam Babayev çıxışının davamında “İlk dəfə 2012-ci ildə “Yeni nəsil: sərhədsiz məsuliyyət” başlığı altında keçirilən forumun ölkəmizdə gerçəkləşdiyini və əsası dialoq və əməkdaşlıq olan Bəyənnamənin Azərbaycanda qəbul edildiyini bildirib. O, deyib: evindirici hal ondan ibarətdir ki, forumlar daim müxtəlif sahələri əhatə edən mövzular ətrafında gerçəkləşir. Bu isə o dəməkdir ki, forum öz ətrafına fərqli düşüncəli, müxtəlif sahələri ehatə edən gəncləri cəlb edib, onların bacarıq və imkanlarının genişləndirilməsi üçün yeni zəmin yaradır. Ölkə başçıları cənab İlham Əliyev və Vladimir Putin də daim çıxışlarında hər iki ölkənin tarixə sığınan sıx və inkişaf etməkdə olan dostluq münasibətlərini xüsusi olaraq vurğulayırlar.” Nazir müavini çıxışının davamında hər iki ölkə gəncləri arasında əməkdaşlığın, əlaqələrin genişləndirilməsi sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR təşkilatının xüsusi rolu haqqında danışıb və Rusiyanının müxtəlif Universitetlərində təhsil alan gənclərin mütəmadi olaraq Azərbaycana səfərlərinin təşkil edildiyini və bu istiqamətdə böyük addımlar atıldığını diqqətə çatdırıb. Sonda İntiqam Babayev forum iştirakçılarına uğurlar arzulayıb. Qeyd edək ki, Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda "Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-rəsmi təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə sessiyalar təşkil edilib. Bölümlərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin TGT sədri Şükürov Yusif Azər oğlu ,,Gənclərin yaradıcılıq inkişafı üçün beynəlxalq layihələr" mövzusunda çıxış edib.
Ətraflı >
“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb
Ətraflı >
Noyabr ayı üzrə ən aktiv TGT-lər təltif edilib!
14.12.2019-cu il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sonra yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin noyabr ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1. Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının rolu 2. Bayraqdar intellektual oyunu 3. Bayraq Günü fləşmobu 4. Azərbaycan – UELS futbol yarışı 5. “Youth Speak” Forum 6. Tələbələr ilə səmimi görüş-Bakı Dövlət Universiteti Faiq Məmmədov həmçinin, İttifaq daxilində edilən kadr dəyişikliyi barədə də TGT sədrlərini məlumatlandırıb. Sonda noyabr ayının ən fəal TGT-si Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci seçilib. Hər iki təhsil müəssisəsinin TGT sədrləri Murad Süleymanlı və İsmayıl Ağazadə sədr tərəfindən təltif edilib.
Ətraflı >
“Gənclər – sağlamlığınızı qoruyun!” şüarı altında tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Tutu Diet” Mərkəzinin təşkilatçılığı ilə “Gənclər - Sağlamlığınızı qoruyun!” adlı layihə baş tutmuşdur. Tədbirin ilkin mərhələsi 20 sentyabr Azərbaycan Dillər Universitetində, növbəti mərhələsi isə 21 sentyabr Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutmuşdur. Hər iki tədbirdə ilk öncə “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Şahin Alxazov çıxış edərək tələbələri salamladı. Ardınca Avropa oyunlarının qalibi və "Şöhrət" ordeni ilə təltif edilmiş yunan-roma güləşçisi Elvin Mürsəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə peşəkar idmançı və məşqçi Kamil Zeynallı çıxış edərək gənclərə idmanın mahiyyətindən söz açdı. Sonda Azərbaycan Tibb Universitetinin Tədris Terapiya klinikası, ESPEN və IFSO-nun üzvü həkim-diyetoloq Tutu Zeynalova nəzəri və praktiki hissədən ibarət, “Düzgün qidalanma haqqında məlumat” , “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mövzularında təlimlər keçmişdir. Layihənin həyata keçirilməsində məqsəd – gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər, valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir. Tədbirin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur. Açar sözlər: adutgt, azmiu tgt
Ətraflı >
“Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük”
Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Erasmus+ Gənclik və Avropa Həmrəylik korpusu üzrə Azərbaycanda Məlumat mərkəzinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera mərkəzinin Sumqayıt Nümayəndəliyinin, Sağlam Düşüncə Gənclər Təşkilatı İB-nin və Sumqayıt Gənclər Evinin təşəbbüsü ilə “Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük” adlı infosessiya baş tutdu. Sessiya zamanı Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Sevinc Qasımova #tələbələrimİZ-ə Erasmus+ proqramının imkanları və könüllülük haqda ətraflı məlumat verdi.
Ətraflı >